a cute kitten

Shahdag Hotel and Spa “SAHMAN” nişanı ilə təltif olundu.

 

Qusar, 24 İyul 2020-ci il


Shahdag Hotel&SPA fəaliyyətində “SAHMAN” proqramı çərçivəsində tələb olunan sanitariya və gigiyena standart və normalara əməl olunmasını təmin etdiyinə görə “SAHMAN” nişanı ilə təltif olundu.


Hazırda dünya COVID-19 virusu ilə mübarizə aparmaqdadır. Statistik göstəricilərə əsasən, ölkəmizdə pandemiyanın qarşısının alınması üçün görülən tədbirlərin müsbət nəticələr verdiyini müşahidə etmək olar. Yaxın zamanlarda epidemoloji situasiyanın müsbət dinamikasından asılı olaraq digər bütün sahələr kimi turizmin də tədricən dirçələcəyi gözlənilir. Cari vəziyyətin yaxşılaşması və ümumilikdə respirator xəstəliklərin yayılmasının qarşısının alıması məqsədilə hər kəsin gigiyena və sağlamlıqla bağlı tövsiyələrə və qaydalara əməl etməsi vacibdir.


Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkənin turizm sənayesində sanitariya və gigiyena qaydalarına əməl olunmasının effektivliyini təmin edərək bizneslərin rəqabət qabiliyyətinin artırılması məqsədilə xüsusi proqram – Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı (SAHMAN – Sanitation and hygiene methods and norms) hazırlanmışdır.


Öz fəaliyyətini beynəlxalq qonaqpərvərlik standartları əsasında təşkil edən Şahdağ Turizm Mərkəzi QSC, “SAHMAN” proqramının  tələblərinə cavab verdiyi üçün müvafiq fərqlənmə nişanı ilə təltif olundu. Otel otaqları, restoranlar, kanat kabinləri və bütün əyləncə avadanlıqları, giriş və çıxışlar və digər bütün işçi və qonaq ərazilərində mütəmadi olaraq proqramın tələbinə uyğun olaraq təmizlik və dezinfeksiya fəaliyyəti həyata keçirilməkdədir.


“Qonaqpərvərlik və turizm sahəsində fəaliyyət göstərən biznes qurumlarının pandemik çağırışın öhdəsindən gələ bilməsi üçün sanitariya və gigiyena normalarına riayət etmələri indi hər zamankından daha da vacibdir. Bu mənada SAHMAN proqarmının işlənib hazırlanması və sanitariya və gigiyena standartlarının təyin edilməsi zəruri bir addımdır. Bu, bütün sənaye nümayəndələri üçün istinad edilməsi vacib olan önəmli bir standartlar toplusudur. Biz çox şadıq ki, bu sertifikatı almışıq və inanıram ki, bu fərqlənmə nişanı qonaqlarımızın əminliklə mərkəzimizi ziyarət edə bilməsinə təkan verəcək” Şahdağ Turizm Mərkəzi QSC-nin sədri Rodderich Leffler bildirib.               


2009-cu ildə təməli qoyulan Şahdağ Turizm Mərkəzi Qusar rayonunda, Şahdağ Milli Parkının yaxınlığında yerləşir. Mərkəz ölkənin ilk dağ kurortu və ən böyük turizm obyektidir. Ərazisində üçü 5, biri isə 4 ulduzlu olmaqla dörd otel, 20-ə yaxın kanat xətti, restoranlar, idman əyəncələri, kinoteatr, gecə klubu, oyun zalları və qonaqların istirahətinin maraqlı keçməsi üçün müxtəlif bölmələr mövcuddur.


Ətraflı məlumat üçün:

Email: [email protected]

Tel: 012 1110