Unikal qastronomiya təcrübəsinə bələd olmaq və təcrübəli aşpazlarımızın hazırladığı təzə və ləziz İtalyan yeməklərindən dadmaq üçün sizi "Slices by Elio" restoranına dəvət edirik. Restoranın əsas xüsusiyyətlərindən biri qonaqlarımızın arasında uğur və nüfuz qazanmağımıza səbəb olan və illərlə qoruyub saxladığı keyfiyyət və ənənədir. Aşpazlarımız nəsildən- nəsilə keçən qədim reseptlərə üstünlük verməklə yanaşı, İtaliyanın müxtəlif bölgələrindən bizim üçün xüsusilə gətirilən ən yaxşı məhsullardan istifadə edirlər. Ənənəvi menyu sadə yeməklərə incə zövq, eləcə də gözəl görünüş bəxş edərək, hətta ən tələbkar müştərini belə razı salacaqdır.
İş saatları: 12:00 - 17:00