Təzə inqrediyentlərin və ləziz yeməklərin vəhdətini özündə cəmləyən restoran regionun təzə meyvələrini, qoz-fındıq, göbələk, pendir, dadlı ət xörəkləri və bənzərsiz şirniyyatlarını qonaqlara təqdim edir. Burada Amerikan tərzi səhər yeməyi yeyə və ya qəhvə, çay içə, yaxud təzəcə bişirilmiş ləzzətli şirniyyatlardan dadaraq zövq ala bilərlər. Restoran “Alpina” açıq mətbəxi, xüsusi şərab dequstasiya sahəsi, ayrı otaqları və gözəl mənzərə yaradan rahat açıq terassası ilə qonaqları heyran edir.
İş saatları: 07:00 - 22:30