
Hotellər

"Şahdağ Hotel və Spa" zərif lüksun və qonaqpərvərliyin ən yaxşı standartlarını özündə cəmləşdirir. Şahdağın ətəyində yerləşən, müasir interyer, geniş və zərif otaqlar, yüksək səviyyəli rahatlıq vəd edən hotel istirahətiniz üçün ideal yerdir. Möhtəşəm mənzərəli hoteldə üst kateqoriyalı 173 qonaq otağı mövcuddur: Superior, Junior Suite, Suite və Presidential Suite. Sevdiklərinizlə bir araya toplaşıb unudulmaz günlər keçirmək istəyirsizsə, "Şahdağ Hotel və Spa" məhz sizi arzularınıza çatdıracaq bir məkandır.

“Zirvə” hoteli biznes və istirahət məqsədi ilə səyahət edənlər üçün yüksək standartlar təklif edir.
Bizim komfortlu otaqlarımız son dərəcə dəqiqliklə düşünülmüş əlavə xidmətlərlə, o cümlədən istifadəsi rahat texnologiyalar ilə təchiz edilib. “Zirvə” hoteli xizək tətilinizi rahat qış möcüzələri diyarına çevirmək üçün lazım olan hər şeyə malikdir. Əmin ola bilərsiniz ki, göstərdiyimiz yüksək xidmət sizin rahatlığınızı tam təmin edəcək. Şahdağın ətəyində yerləşən" Zirvə" hotel 40 standart və 3 lüks otaqdan ibarətdir. Hotel personalımız sizin istrahətinizin komfortlu, xoş və yadda qalan olmasını təşkil edəcək.

"Gaya Residences Shahdag" Qafqaz dağlarında yerləşən ilk ailə apartamentidir. Məxsusi olaraq ailələr üçün nəzərdə tutulan və rahatlığı ilə könül oxşayan apartamentdə 18 otaq mövcuddur. Özünüzü evinizdən çıxıb gəldiyiniz yerdə evinizdəki kimi hiss etməyiniz üçün bütün lazımı şərait yaradılıb. Hotelimiz sizlərə əvəzsiz mənzərədə unudulmaz bir istirahət fürsəti verərək, keyfiyyətli xizək imkanları ilə de gözəl anlar yaşatacaq.