a cute kitten

Seqvey

Seqveylər iki təkərli, özünü tənzimləyən və elektriklə işləyən nəqliyyat vasitəsidir. Bu nəqliyyat vasitəsinin xüsusi şinləri sizə gəzintidən zövq almanız üçün dağlıq ərazilərdə rahat dolaşmağa imkan verəcək. Seqvey vasitəsilə xüsusi nəzarət olunan cığırlarda yerli bələdçilərin köməkliyi ilə hərəkət edərək dağa qalxıb istirahət mərkəzinin füsünkar mənzərəsini seyr edə biləcəksiniz. Gəzintiyə başlamazdan əvvəl təlimatçılarımız tərəfindən sizə nəqliyyat vasitəsinin idarə olunması və təhlükəsizlik qaydaları izah ediləcək. Eyni zamanda təhlükəsizliyiniz üçün qoruyucu dəbilqələr təqdim ediləcək.



İş vaxtı: 

10:00 – 18:00 əyləncələrin fəaliyyət saatları

10:00 – 17:30 əyləncələrin satış saatları




Bu necə hissdir?