Şahdağ Turizm Mərkəzində 5 müxtəlif növdə olmaqla 19 ədəd lift fəaliyyət göstərir. Qonaqlar mərkəzdə “Mono-gondola”, “Carpet”, “Detachable”, “Non-detachable” və “Bugel” tipli növlərdən istifadə edə bilərlər. Bu liftlər quruluşuna və oturacaq sayına görə fərqlənsə də, təhlükəsizlik və rahatlıq baxımından eynilik təşkil edir. Şahdağın heyrətamiz mənzərəli yüksəkliklərini kanatdan seyr edərkən uzun müddət yaddaşınızdan silinməyəcək istirahət yaşayacaqsınız. Onu da qeyd edək ki, qondola ilə siz "2351" adlı Azərbaycanın ən yüksək restoranına qalxacaqsız.
LIFT № 3:
Böyüklər üçün - 18 ₼
Uşaqlar üçün (5-11 yaş) - 12 ₼
LIFT № 4:
Böyüklər üçün - 15 ₼
Uşaqlar üçün (5-11 yaş) - 10 ₼
* Dörd yaşından kiçik uşaqlar, 70 yaş və yuxarı olan şəxslər, əlillər, veteranlar və onların ailələri, həmçinin şəhid ailələri üçün giriş pulsuzdur.
Bilet satış mərkəzləri: 09:30-16:35
Əyləncələrin fəaliyyət saatları: 09:30-17:00