Klassik üslubda tərtib edilmiş ənənəvi “Miras” restoranı öz qonaqlarına zəngin səhər yeməyi ilə yanaşı dadlı nahar və şam yeməyi də təklif edir. Böyük masalar dostlarınız və ailə üzvlərinizi bir yerə yığmaq, kiçik məkanlar isə romantik nahar etmək istəyən cütlüklər üçün ideal imkan yaradır. Onu da bildirək ki, “Miras” restoranında həmçinin iki şərab anbarı mövcuddur. Restoranın qonaqları burada geniş çeşiddə dünya şərablarının dadına baxa bilərlər.
İş saatları: 7:00 - 11:00 (səhər yeməyi)