a cute kitten

Şahdağ Turizm Mərkəzində “SOCAR PETROLEUM” şirkətinin yeni modul tipli yanacaq doldurma məntəqəsi istifadəyə verildi.


Qusar, 11 Yanvar 2021-ci il

Şahdağ Turizm Mərkəzində “SOCAR PETROLEUM” şirkətinin yeni modul tipli yanacaq doldurma məntəqəsi istifadəyə verildi.

Şahdağ Turizm Mərkəzində dəniz səviyyəsindən 1600 metr hündürlükdə ümumi sahəsi 1500 m2 olan “SOCAR” brendli yeni modul tipli yanacaqdoldurma məntəqəsi istifadəyə verildi. Bu, Şahdağ Turizm Mərkəzinə gələn qonaqların rahatlığı üçün çox əlverişli bir imkan yaratmaqdadır.

Yeni istifadəyə verilmiş modul tipli məntəqədə 2 növ yanacaqpaylayıcı qurğu mövcuddur. Beləliklə bu məntəqədə “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcəkdir. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. 

Şahdağ Turizm Mərkəzinin sədri Rodderich Leffler yeni istifadəyə verilmiş yanacaqdoldurma məntəqəsi ilə bağlı fikirlərini bölüşərək qeyd edib: “Bu gün bizim üçün əlamətdar bir gündür. Ölkənin ən böyük turizm layihəsinin xidmətlərinin sırasına yanacaq doldurma məntəqəsi də əlavə olunur. Bu həm bizim kompleksimizin qonaqları üçün, həm də ətraf kəndlərin sakinləri üçün möhtəşəm yenilik və çox zəruri ehtiyacın ödənilməsi üçün praktik bir xidmətdir. Biz çox şadıq ki, tərəfdaşımız məhz ölkənin flaqman yancaq brendi olan SOCAR-dır. Bu YDM, kompleksimizin infrastrukturunu ciddi şəkildə zənginləşdirir”.

Bu günə qədər kompleksə ən yaxın yanacaqdoldurma məntəqəsi 30 km. uzaqlıqda yerləşirdi. Bu isə istirahət üçün kompleksə gələn qonaqlara, eyni zamanda ətraf kəndlərin əhalisinə çətinlik törədirdi.

2009-cu ildə təməli qoyulan Şahdağ Turizm Mərkəzi Qusar rayonunda, Şahdağ Milli Parkının yaxınlığında yerləşir. Mərkəz ölkənin ilk dağ kurortu və ən böyük turizm obyektidir. Ərazisində üçü 5, biri isə 4 ulduzlu olmaqla dörd otel, 20-ə yaxın kanat xətti, restoranlar, idman əyəncələri, kinoteatr, gecə klubu, oyun zalları və qonaqların istirahətinin maraqlı keçməsi üçün müxtəlif bölmələr mövcuddur. 


Ətraflı məlumat üçün:

Email: [email protected]

Tel: 012 1110