Unikal qastronomiya təcrübəsinə bələd olmaq və təcrübəli aşpazlarımızın hazırladığı təzə və ləziz İtalyan yeməklərindən dadmaq üçün sizi Scalini Restoranına dəvət edirik. Scalini restoranı 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir və hədəfimiz hər bir qonağımıza İtaliyaya getmədən orda olduğunu hiss etdirməkdir.
Restoranın əsas xüsusiyyətlərindən biri qonaqlarımızın arasında uğur və nüfuz qazanmağımıza səbəb olan və illərlə qoruyub saxladığı keyfiyyət və ənənədir. Aşpazlarımız nəsildən- nəsilə keçən qədim reseptlərə üstünlük verməklə yanaşı, İtaliyanın müxtəlif bölgələrindən bizim üçün xüsusilə gətirilən ən yaxşı məhsullardan istifadə edirlər. Ənənəvi menyu sadə yeməklərə incə zövq, eləcə də gözəl görünüş bəxş edərək, hətta ən tələbkar müştərini belə razı salacaqdır. Qonaqlarımıza italiyanın müxtəlif regionlardan gətirilən çoxçeşidli bəyaz və qırmızı şərab növləri təklif ediləcəkdir. Hər kəs öz istədiyini Scalinidə tapacaqdır.