Şahdağ Turizm Mərkəzinə necə gelmək olar?
“Şahdağ” Turizm Mərkəzi adını Azərbaycanın Rusiya ilə sərhədinə yaxın, Qusar rayonu ərazisində yerləşən Böyük Qafqaz dağ silsiləsinin ən yüksək zirvələrindən biri olan, 4243 metr hündürlükdəki Şahdağ zirvəsindən götürmüşdür.
Turizm mərkəzi Bakıdan cəmi 212 km məsafədə yerləşir. Qusar rayonundan isə yeni çəkilmiş Ləzə magistral yolu vasitəsilə mərkəzə çox qısa müddətdə çatmaq mümkündür.
Şahdağa hansı nəqliyyat vasitələri ilə gəlmək mümkündür?
Bakıdan Qusara avtobusla
Hər gün saat 07:00-dan 18:00-a qədər Bakı Beynəlxalq Avtovağzalının ikinci mərtəbəsindən hər yarım saatdan bir avtobuslar Qusara yola düşür. Gediş haqqı 4 AZN-dir. Avtobusların son dayanacağı Qusar avtovağzalıdır.
Qusardan Şahdağa taksi ilə
Qusar avtovağzalından Şahdağ Turizm Mərkəzinə rahat şəkildə taksi xidmətlərindən istifadə etməklə gedə bilərsiniz. Yol xərci təxminən 10–15 AZN təşkil edir.
Bakıya yol
Qusar avtovağzalından Bakı şəhərinə qayıtmaq üçün hər gün saat 07:00-dan 17:30-a qədər hər yarım saatdan bir yola düşən avtobuslardan istifadə edə bilərsiniz. Gediş haqqı 4 AZN-dir.
Rəsmi Partnyorlarımız
Go2shahdag — Şahdağ və ətraf bölgələrə etibarlı transfer və çatdırılma xidmətləri təqdim edən yerli tərəfdaşdır. İstər Bakıdan, istərsə də digər şəhərlərdən gələn qonaqlar üçün müasir Mercedes mikroavtobuslarla rahat və təhlükəsiz nəqliyyat təmin edir. "Biz sürürük. Siz zövq alırsınız." şüarı ilə go2shahdag dağlara olan səfərinizi unudulmaz edir.
