
Hotellər

"Şahdağ Hotel və Spa" zərif lüksun və qonaqpərvərliyin ən yaxşı standartlarını özündə cəmləşdirir. Şahdağın ətəyində yerləşən, müasir interyer, geniş və zərif otaqlar, yüksək səviyyəli rahatlıq vəd edən hotel istirahətiniz üçün ideal yerdir. Möhtəşəm mənzərəli hoteldə üst kateqoriyalı 173 qonaq otağı mövcuddur: Superior, Junior Suite, Suite və Presidential Suite. Sevdiklərinizlə bir araya toplaşıb unudulmaz günlər keçirmək istəyirsizsə, "Şahdağ Hotel və Spa" məhz sizi arzularınıza çatdıracaq bir məkandır.

“Zirvə” hoteli biznes və istirahət məqsədi ilə səyahət edənlər üçün yüksək standartlar təklif edir.
Bizim komfortlu otaqlarımız son dərəcə dəqiqliklə düşünülmüş əlavə xidmətlərlə, o cümlədən istifadəsi rahat texnologiyalar ilə təchiz edilib. “Zirvə” hoteli xizək tətilinizi rahat qış möcüzələri diyarına çevirmək üçün lazım olan hər şeyə malikdir. Əmin ola bilərsiniz ki, göstərdiyimiz yüksək xidmət sizin rahatlığınızı tam təmin edəcək. Şahdağın ətəyində yerləşən" Zirvə" hotel 40 standart və 3 lüks otaqdan ibarətdir. Hotel personalımız sizin istrahətinizin komfortlu, xoş və yadda qalan olmasını təşkil edəcək.

“Pik Palace” Şahdağ Hotel Bakıdan 200 kilometr şimalda, “Şahdağ” Turizm Mərkəzində yerləşən dəbdəbəli məkandır.
Əzəmətli dağların arasında yerləşən “Pik Palace” Şahdağ Hotel heyranedici mənzərəli 167 geniş yataq otağı və lüks nömrələr təklif edir.Otaqlarda böyük ölçülü çarpayılar, rahat istirahət və iş sahələri, yerdən tavana qədər olan böyük pəncərələr və fransız eyvanları kimi özəlliklər vardır.