a cute kitten

İZ: Winter Flame

İZ Fest: Winter Flame – Şahdağ 2026

İZ Fest 2026 Şahdağ musiqi festivalı

⚠️ Bilet Məlumatı: Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. İstifadə üçün iTicket.AZ tətbiqində şəxsi hesabınıza daxil olun.
QR bilet haqqında ətraflı

Bu qış “İZ Fest” öz enerjisini Şahdağın zirvəsinə gətirir!

2–3 yanvar tarixlərində Şahdağ Dağ-Xizək Kompleksində keçiriləcək “İZ: Winter Flame” dağların səssizliyi ilə musiqinin ritmlərini birləşdirəcək. Festivala gələnləri qarlı, soyuq hava və unudulmaz dağ mənzərəsi ilə yanaşı, tonqallar, isti içkilər, “İZ Chill Zone”, “Craft Bazaar” və daha çoxu gözləyir.

Festivalın Əsas Sənətçiləri

  • Catching Flies (İngiltərə): Melodik, ruhlandırıcı və hip-hop elementləri ilə zənginləşdirilmiş elektron-soul melodiyaları.
  • Etibar Əsədli (Azərbaycan/Fransa): Qarlı dağların fonunda canlı və eksperimental performans.
  • Aalson (Fransa): Dramatik saundskeypləri və güclü ritmləri ilə tanınan melodik texno ulduzu.
  • George Kasradze (Gürcüstan): Tiflis yeraltı mədəniyyətinin sevilən siması.

Həmçinin Aliot, Ellgin, RonfollerEstgamin də öz çıxışları ilə səhnəni alovlandıracaq.

Proqram Cədvəli

📅 2 Yanvar

  • Catching Flies
  • George Kasradze
  • Estgamin
  • Aliot

📅 3 Yanvar

  • Etibar Əsədli
  • Aalson
  • Ronfoller
  • Ellgin

Biletlər və Transfer

Biletlər hər gün üçün ayrı (Gün 1, Gün 2) və hər iki günü əhatə edən “Full Pass” (Standart və ya Backstage) formatında təqdim olunur.

💡 Qeyd: Festival tarixi yaxınlaşdıqca qiymətlər mərhələli şəkildə artacaq.

Bakı–Şahdağ–Bakı Transferi (+20 AZN)

  • Gediş (Bakı ➝ Şahdağ): ⏰ 09:00 – 10:15 aralığında
  • Qayıdış (Şahdağ ➝ Bakı): ⏰ 17:30 – 20:30 aralığında

Qışın ən isti ritmləri bizi Şahdağda gözləyir. “İZ Fest”də görüşənədək!