Gənclər və idman nazirliyinin təşkilatçılığı ilə noyabrın 16-dan 20-dək Qubada keçirlən İdman Festivalında “Şahdağ” Turizm Mərkəzinin xizək məktəbinin gənc idmançıları iştirak ediblər. “Şahdağ” Turizm Mərkəzinin və Qış İdman Növləri Federasiyasının dəstəyi ilə tədbirə qatılan gənc idmançılar 5 gün ərzində müxtəlif təlimlərdə, ustad dərslərində, əyləncəli-marifləndirici fəaliyyətlərdə, eləcə də ilkin tibbi yardım, hərbi vətənpərvərlik hazırlığı və intelektual oyunlarda iştirak ediblər.
İdman tədbiri çərçivəsində xizək məktəbinin nümayəndələri tərəfindən festival iştirakçılarına xizək və snoubord sürmə bilikləri haqqında təlimlər keçirilib. İdmançılar sonda Gənclər və idman naziri Fərid Qayıbovla xatirə şəkili çəkdirib.