a cute kitten

“Şahdağın” turizm potensialı Çində təqdim olunub

Çin turizm sənayesinin “Şahdağ” Turizm Mərkəzi haqqında məlumatlılığını artırmaq məqsədilə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 18-24 sentyabırda Çin Xalq Respublikasının Şençjen, Şanxay, Çenqdu və Pekin şəhərlərində silsilə təqdimat tədbirləri keçirilib.


Silsilə tədbirlərdə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə birgə Şahdağ” Turizm Mərkəzi  və “Azərbaycan Hava Yolları” QSC və “daxil olmaqla, ümumilikdə 13 yerli tərəfdaş təmsil edib. Tədbirlər çərçivəsində 300-dən çox iştirakçının qatıldığı B2B (biznesdən-biznesə) formatlı seminarlar təşkil edilib.


Tədbir zamanı “Şahdağ” Turizm Mərkəzinin potensialı, hotellərin qonaqlama imkanları və təqdim olunan əyləncələr, eləcə də yeniliklər və  qış mövsümü çərçivəsində nəzərdə tutulan  tədbirlər haqqında məlumat verilib.