Çinin Quançjou şəhərində keçirilən “GİTF 2024” (Quançjou Beynəlxalq Turizm Sərgisi) sərgisində “Şahdağ” Turizm Mərkəzinin turizm potensialı nümayiş olunur.
Sərgidə “Şahdağ”la yanaşı Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları”, Qoruqları İdarəetmə Mərkəzi və bir sıra turizm şirkətləri iştirak edir.
Sərgi çərçivəsində Çin və digər iştirakçı ölkələrin turizm sənayesi nümayəndələri ilə görüşlər keçirilib, əməkdaşlıq əlaqələri müzakirə olunub, o cümlədən Mərkəzinin fəaliyyət istiqamətləri, xizəkçilik imkanları, kompleks ərazisində yerləşən hotellər və xidmətlər, eləcə də əyləncə növləri haqqında ətraflı məlumat verilib.