“Şahdağ” Turizm Mərkəzi və “Qarabağ İtgin Ailələr” İctimai Birliyinin birgə təşəbbüsü ilə 1-ci Qarabağ müharibəsi zamanı yaxınları itgin düşən şəxslər üçün sosialyönümlü tədbir təşkil edilib.
Tədbirdə Xaçmaz və Quba rayonlarından, eləcə də Bakı şəhərindən 40-a yaxın şəxs iştirak edib.
Tədbir çərçivsində itgin düşən şəxslərin ailə üzvləri üçün musiqili-əyləncəli proqram təşkil edilib,atraksionlardan və kanat xətlərindən istifadə imkanı yaradılıb.
Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzi növbəti ildə də sosialyönümlü tədbirlərin davamı olaraq şəhid və qazi, o cümlədən itgin düşən şəxslərin ailə üzvləri üçün bu cür silsilə tədbirlərin keçirilməsini nəzərdə tutub.