a cute kitten

Şahdağ Turizm Mərkəzi özünün KSM siyasəti çərçivəsində Milli Paralimpiya Komitəsi ilə birgə “Uşaq Paralimpiya hərəkatına dəstək” layihəsinə start verdi.

Şahdağ Turizm Mərkəzi özünün KSM siyasəti çərçivəsində Milli Paralimpiya Komitəsi ilə birgə “Uşaq Paralimpiya hərəkatına dəstək” layihəsinə start verdi.

Layihə Qusar rayonundan olan məhdud fiziki imkanlara malik uşaqların dağ xizəyi idman növü üzrə hazırlığını özündə ehtiva edir. Layihənin başlamasına həsr olunmuş tədbirdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, baş katibi Kamal Məmmədov və Qusar rayon icra hakimiyyətinin başçısının müavini Elman Mustafayev iştirak etdilər. Qonaqları və layihə iştirakçılarını salamlayan “Şahdağ Turizm Mərkəzi” QSC-nin sədri Rodderich Leffer bildirdi: “Biz çox şadıq ki, ötən il Milli Paralimpiya Komitəsi ilə imzaladığımız tərəfdaşlıq memorandumu çərçivəsində növbəti layihəyə başlayırıq. Ölkənin ən böyük turizm layihəsi olmaqla yanaşı, eyni zamanda məsuliyyətli korporativ vətəndaş kimi cəmiyyətimizin inkişafına töhfə verməkdə davam edirik. İnanıram ki, bu gün təlimlərə başlayan uşaqlar arasından gələcəyin olimpiya çempionları çıxacaq.”

Görüş zamanı Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov qeyd edib ki, “Ölkəmizdə Uşaq Paralimpiya hərəkatının inkişafı Komitənin strateji istiqamətlərindən biridir. Yarandığı gündən yüzlərlə fiziki məhdudiyyətli uşaqları ətrafımızda toplaya bilmişik və bu çox sevindirici haldır ki, övladlarını cəmiyyətdən gizlədən valideynlər bu gün artıq özləri bizə müraciət etməyə başlayıb. Hesab edirəm ki, bu bizim ən böyük qələbəmizdir.” Eyni zamanda İ. Rəhimov ölkəmizdə qış idman növlərinin inkişaf etdirilməsi ilə bağlı görülmüş işlərlə bağlı iştirakçılara məlumat verib və Şahdağ Turizm Mərkəzinin sədrinə yaradılmış şəraitə görə təşəkkürü bildirdi.

Qusar rayon İcra Hakimiyyətinin başçısının müavini Elman Mustafayev öz növbəsində rayonda belə mötəbər layihələrin baş tutmasının sevindirici hal olduğunu bildirib. E.Mustafayev İcra Hakimiyyətinin gələcəkdə də müxtəlif layihələrin keçirilməsində dəstək göstərəcəyini vurğulayıb. Layihə qış mövsümünün sonuna qədər davam edəcək. Layihə iştirakçıları həftədə iki dəfə Şahdağ Turizm Mərkəzinin təlimçiləri tərəfindən xüsusi dərslərə qatılacaqlar.

2009-cu ildə təməli qoyulan Şahdağ Turizm Mərkəzi Qusar rayonunda, Şahdağ Milli Parkının yaxınlığında yerləşir. Mərkəz ölkənin ilk dağ kurortu və ən böyük turizm obyektidir. Ərazisində üçü 5, biri isə 4 ulduzlu olmaqla dörd otel, 20-ə yaxın kanat xətti, restoranlar, idman əyəncələri, kinoteatr, gecə klubu, oyun zalları və qonaqların istirahətinin maraqlı keçməsi üçün müxtəlif bölmələr mövcuddur.


Ətraflı məlumat üçün:

Email: [email protected]

Tel: 012 1110