“Şahdağ Turizm Mərkəzi” "OTM Mumbai 2023” beynəlxalq səyahət sərgisində iştirak edib

Fevralın 2-dən 4-ə kimi davam edən sərgi çərçivəsində ziyarətçilərə Turizm Mərkəzinin fəaliyyət istiqamətləri, kompleks ərazisində yerləşən hotellər və xidmətlər, eləcə də əyləncə növləri haqqında  ətraflı məlumat verilib. 


Sərgidə Azərbaycanı milli stendlə Azərbaycan Turizm Bürosu və "Şahdağ Turizm Mərkəzi" daxil olmaqla 14 yerli turizm sənayesi nümayəndəsi təmsil edib. 


Sərgidə dünyanın 55-dən çox ölkəsindən, eyni zamanda Hindistanın müxtəlif şəhərlərindən mindən çox turizm sənayesi nümayəndəsi, 25 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssis iştirak edib.