PRESS RELİZ
Qusar, 27 Mart 2021-ci il
“Şahdağ Turizm Mərkəzi” dünyadakı iqlim dəyişikliyi və ətraf mühit problemlərinə diqqəti çəkmək üçün başladılan "Yer Saatı" hərəkatına qoşulmuşdur. “Yer saatı” aksiyası ilk dəfə “Dünya Vəhşi Təbiət Fondu (WWF)” tərəfindən 2007-ci ildə Avstraliyada başladılıb. Kampaniyanın məqsədi qlobal ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaratdığı təhlükələrə və təhdidlərə yönəltməkdir. “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu simvolik addımla aksiya iştirakçıları ekoloji məsələlərə həssas yanaşmağı və elektrik enerjisinə qənaət edilməsini təşviq edirlər. Ölkəmizdə bu aksiya 2011-ci ildən qeyd edilir. “Şahdağ Turizm Mərkəzi” bu il ilk dəfə olaraq bu layihəyə qoşulmuşdur. Mərkəz ərazisindəki “Shahdag Hotel & Spa”-da işıqlar bir saat müddətinə söndürüşmüşdür. Qeydiyyat zamanında əməkdaşlarımız otelin qonaqlarına aksiya haqqında ətraflı məlumat vermiş, layihənin əhəmiyyətini çatdırmışlar. Keçirilən bu aksiya sosial şəbəkələrdə də canlı yayımlanaraq insanlar arasında ətraf mühit və ekologiya problemlərinə dair diqqət çəkilmişdir. Şahdağ Turizm Mərkəzinin korporativ sosial məsuliyyət proqramında ətraf mühitin qorunması, ekoloji təmizliyin təmin edilməsi prioritet istiqamətlərdəndir. 2009-cu ildə təməli qoyulan Şahdağ Turizm Mərkəzi Qusar rayonunda, Şahdağ Milli Parkının yaxınlığında yerləşir. Mərkəz ölkənin ilk dağ kurortu və ən böyük turizm obyektidir. Ərazisində üçü 5, biri isə 4 ulduzlu olmaqla dörd otel, 20-ə yaxın kanat xətti, restoranlar, idman əyəncələri, kinoteatr, gecə klubu, oyun zalları və qonaqların istirahətinin maraqlı keçməsi üçün müxtəlif bölmələr mövcuddur.
Ətraflı məlumat üçün:
Email: [email protected]
Tel: 012 1110