Qarabağdan bütöv Azərbaycana şaxələnən Novruzun "Zəfər tonqalı" bu dəfə şəhid əmanətləri ilə birlikdə "Şahdağ” Turizm Mərkəzi"ndə qalanıb.
Novruz bayramı ərəfəsində “Şahdağ” Turizm Mərkəzinin dəstəyi və “Fireland group”un təşkilatçılığı ilə 200-dən artıq şəhid övladı üçün tədbir keçirilib.
3 gün davam edən tədbir çərçivəsində şəhid övladları və ailələri “Şahdağ”da yerləşən müxtəlif atraksionlardan, kanat xətlərindən istifadə edib, xizəksürmə vərdişinə yiyələnib,həmçinin onlar üçün musiqili-əyləncəli proqramlar təşkil edilib.
Qeyd edək ki, 4 ilə yaxın müddət ərzində “Mənim oğlum qəhrəmandır” və “Mənim atam qəhrəmandır” layihələri çərçivəsində 2800-dən artıq şəhid əmanəti onlar üçün təşkil olunan 40-dan artıq tədbirdə iştirak edib.
Tədbirlər Heydər Əliyev Mərkəzi, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Şahdağ” Turizm Mərkəzi, Dreamland Golff Club, İçərişəhər Dövlət Qoruğu kimi məkanlarda təşkil olunub.