Press Reliz

Press Reliz

Qusar, 9 Dekabr 2019-ci il

 

Şahdağ Turizm Mərkəzi qış mövsümünün açılışını etməyə hazırlaşır. Dekabr ayının 14-də baş tutacaq böyük açılış tədbiri üçün son hazırlıq işləri görülür.

Şahdağ Turizm Mərkəzi ən müasir avadanlıqlarla təchiz edilmiş, aparıcı beynəlxalq şirkətlər tərəfindən qurulan ölkənin ilk və ön böyük dağ kurortudur. Şahdağ milli parkının yaxınlığında salınan bu kompleks Azərbaycanda dağ-xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradır. 

Bu ilin xizək mövsümü Dekabr ayının 14-də açıq elan olunacaq. Eyni zamanda kompleksdə yerləşən bütün iaşə obyektləri – 4 otel, xizək məktəbləri, mağazalar, restoran və kafeləri tam gücdə qonaqları qəbul etməyə hazır olacaqdır.  Açılış tarixində qonaqların daha çox əylənmələri və Şahdağ Turizm Mərkəzində keçirdikləri zamanı daha yadda qalan etmələri üçün otellərdə xüsusi tariflər, əyləncə proqramlarında isə pulsuz tədbirlər nəzərdə tutulub.

Böyük açılış həftəsonu üçün xüsusi qiymətlər:

Park Chalet Hotel, Autograph Collection

60,00 AZN

Shahdag Hotel&SPA

55,00 AZN

Zirve Hotel

50,00 AZN











Yuxarıda göstərilən qiymətlər yalnız 2 nəfər üçün 2 gecəlik rezervasiyalarda adambaşına düşən qiymətlərdir. Qiymətlərə vergilər daxildir. Ətraflı məlumat üçün otellərin qəbul şöbələri ilə əlaqə saxlamanızı tövsiyə edirik.

Açılış Tədbirinin proqramı

Saat

Tədbir

Məkan

12.00-16.00

o   DJ şousu

o   Berg Enerji İçkisinin sponsorluğu ilə "EXTREME EXCAVATOR" əyləncə tədbiri.

Zirve Hotel

17.00-19.00

o   Rəsmi açılış mərasimi

o   Qış Bazarı yarmarkasının açılışı

o   "Twins Band" qrupunun canlı konserti

Main Plaza (Shahdag Hotel&SPA-nın qarşısı)

 

 

 

 

 

 

 

 

 

 

Ətraflı məlumat və rezervasiya üçün:

Park Chalet Hotel, Autograph collection

central.reservation@absheronhotelgroup.com, +994 77 277 3514; +994 12 310 0009

 

Shahdag Hotel&SPA, Zirve Hotel

reservations@shahdag.az, +994 70 277 32 68, ‎+994 77 277 35 22

 

– SON –

Our partners

Milli Paralimpiya Komitəsi
SPORT SYSTEM

FOLLOW US ON INSTAGRAM