BURA ŞAHDAĞDIR!

Qədim buzlaqlar, dərin dərələr, heyrətamiz dağ gölləri və kanyonlar, bitki və heyvanlar aləminin ekoloji xəzinəsi... Bütün əzəməti ilə bura Şahdağdır! Şahdağ Turizm Mərkəzi öz adını Azərbaycanın, Qusar şəhərinin 29 km-də yerləşən Böyük Qafqaz dağ silsiləsinin dəniz səviyyəsindən 4243 m. hündürlükdə olan Şahdağ zirvəsindən götürmüşdür. Şahdağ milli parkının yaxınlığında salınan bu kompleksin tikintisi Azərbaycanda dağ
xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradır.

 

Shahdag Hotel&SPA

Milli premiuma toxunun!

Ətraflı

Şahdağın dadı

Ətraflı

ENERJİNİZİ YENİLƏYİN!

Qarlı Qafqaz dağları ilə füsunkar bir şəkildə əhatələnmiş, saf təbiətin qoynunda 2058 hektar ərazini əhatə edən Şahdag Turizm Mərkəzində yerləşən Spa mərkəzlərimiz sizi xəyalən yenidən təbiətlə qovuşduracaq. Təklif edilən hər bir prosedur və terapiya sizi daxili sağlamlıq və harmoniyaya bir az daha yaxınlaşdıracaq. Kompleks ərazisində mükmməl spa mərkəzləri mövcuddur. Bu mərkəzlərdəki su sizi sağlamlığa aparan yoldur. Rahatlandırıcı hidroterapiya masajlarından sonra saflaşdırıcı hamama daxil olun, sauna sizin bədəninizi yenidən canlandırsın və yaxud sadəcə hovuzda üzün.

Spa Mərkəzlərini kəşf edin

Tərəfdaşlar

Milli Paralimpiya Komitəsi
SPORT SYSTEM

Bizi INSTAGRAM-da izləyin