Fevralın 1-də “Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə müxtəlif yaş kateqoriyalarında olan uşaqlar arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku start götürüb .
Yarışda öncədən qeydiyyatdan keçən, müxtəlif yaş kateqoriyasında olan 49 uşaq yüksək nəticə qazanmaq üçün mübarizə aparıb.
6-8 yaşlı oğlanlar arasında:
1. Dmitri Petrenko - AZE
2. Loçlan Hoqq - GBR
6-8 yaşlı qızlar arasında
1. Hannah Makkennel - GBR
2. Nurlana Abdulova - AZE
3. Mariya Podqornaya - AZE
9-12 yaşlı oğlanlar arasında
1. Nurəddin Nəzürov - AZE
2. Raul Mədətov - AZE
3. Antoni Skalabre - FRA
9-12 yaşlı qızlar arasında
1. Leah Makkennel - GBR
2. Əminə Əhmədova - AZE
3. İren Cavadova - AZE
13-17 yaşlı oğlanlar arasında
1. Amin Şıxov - AZE
2. Yusif Kiçikbəyov - AZE
3. Pahnke Karl-Leo - GER
13-17 yaşlı qızlar arasında
1. Nurel Hacıbəyli - AZE
2. Liliya Podqornaya - AZE
3. Zemfira Əlixanbəyova - AZE
Yarışın sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi tərəfindən medallar və diplomlarla təltif olunub, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.
Qeyd edək ki, xizək üzrə Heydər Əliyev Kuboku fevralın 2-də müxtəlif yaş kateqoriyalarında olan böyüklər arasında davam edəcək.