a cute kitten

Turizm şirkətləri və blogerləri üçün “Şahdağ” Turizm Mərkəzinə infotur təşkil edilib

Yay mövsümü ərəfəsində 22 yerli turizm agentliyi və turizm blogerləri üçün “Şahdağ” Turizm Mərkəzinə tanışlıq məqsədli infotur təşkil edilib.

İnfoturun məqsədi yay mövsümünə hazırlıq çərçivəsində turizm nümayəndələrini Kompleksdə görülən işlər və yeniliklərlə tanış etmək, o cümlədən agentliklər tərəfindən Şahdağa təşkil olunan yerli turların sayının çoxaldılması və turist cəlbediciliyinin artırılması istiqamətində əməkdaşlıq əlaqələrini genişləndirməkdir.

İnfotur zamanı turizm nümayəndələrinə kompleks ərazisində fəaliyyət göstərən hotellər, onların yerləşmə imkanları,təklif olunan xidmtlər, eləcə də yay əyləcələri nümayiş olunub, ətraflı məlumat verilib.