Yanvarın 10-da "Şahdağ" Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb.
Bu gün idmançılar sprint yarışı üzrə mübarizə aparıblar.
Yarışın birinci gününün nəticələri:
Qadınlar arasında
I - yer Harrop Emily
II - yer Fatton Marianne
III - yer Perillat-Pessey Celia
Kişilər arasında
I yer - Lietha Arno
II yer - Bussard Robin
III – yer Ferrer Marines Ot
Qeyd edək ki, yarış Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə 10-13 yanvar tarixlərini əhatə edəcək.
Yarışda 26 ölkədən: Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Avstriya, Andora, İspaniya, Çex Respublikası, Fransa, Almaniya, İran İslam Respublikası, Qazaxıstan, Niderland Krallığı, Norveç Krallığı, Polşa, Qətər Əmirliyi, Slovakiya, Amerika Birləşmişmiş Ştatları, Böyük Britaniya, Yunanıstan Sloveniya və Fərdi Neytral İdmançılar (AİN) olmaqla 130-a yaxın idmançı iştirak edəcək.
Atletlər yanvarın 11-də vertikal və 13-də individul növlər üzrə mübarizə aparacaqlar.
Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir.