COVID-19

COVID-19

QAYDALARA RİAYƏT EDƏRƏK ŞAHDAĞI KƏŞF EDİN.

 

 
Şahdağ Turizm Mərkəzinə xoş gəlmisiniz!


Səyahət insanın öz maraqlarının arxasınca rahat və özünə inamlı şəkildə getməsi olduğunu yaxşı bilirik. Xüsusilə COVID-19 pandemiyası ilə bağlı mövcud vəziyyəti nəzərə alaraq sizin daha rahat və güvənli bir şəkildə səyahətinizi davam etdirməniz üçün xüsusi proqrama qoşulduq. Azərbaycanın ən böyük destinasiyası olaraq, sağlamlıq və təhlükəsizlik tələblərinə cavab vermək üçün çox istiqamətli bir yanaşma tətbiq etdik. Qaldığınız müddətdə diqqət etməli olduğumuz olan məqamları nəzərdən keçirərək xidmətlərimizə bir neçə dəyişiklik və düzəlişlər etdik.

Bizimlə olarkən diqqət etməli olduğunuz məqamlar aşağıdakılardır.

SAHMAN STANDARTLARI
SAHMAN Standartları ilə bağlı daha çox məlumat əldə etmək istəyirsənizsə, buraya keçid edə bilərsiniz.

ORTAQ MƏSULİYYƏTLƏR
Qonaqlarımız və əməkdaşlarımız üçün daha etibarlı bir mühit təmin etmək ən vacib prioritetimizdir. Buna nail olmaq ortaq bir məsuliyyətdir. Zəhmət olmasa, qaydalara əməl edərək, sosial məsafəni qoruyaraq (digər qonaqlardan və otel əməkdaşlarından ən azı 2 metr məsafədə qalmaq) və ictimai yerlərdə olduğunuz zaman maska taxaraq təhlükəsizliyini tam təmin etmək səylərimizdə bizə qoşulun.

SOSİAL MƏSAFƏ VƏ MİNİMUM KONTAKT
Qonaqlarımızın və əməkdaşlarımızın sağlamlığı və təhlükəsizliyi bizim üçün çox vacibdir. Qonaqlarımızın rahatlığını təmin etmək üçün bütün tədbirləri görmüş və koronavirusdan (COVID-19) qorunmaq üçün bütün beynəlxalq, yerli gigiyena və təmizlik standartlarını tətbiq etmişik. Bütün tədbirlər SAHMAN (Sanitariya və gigiyena metodları və normaları) tələblərinə uyğun olaraq aparılır.
Ərazimizdə SAHMAN standartlarına əməl edilməsi üçün müəyyən məlumatlandırıcı lövhələrə rast gələcəksiniz. Xahiş edirik öz təhlükəsizliyiniz üçün otağınızda və ictimai yerlərdə tapacağınız təlimatlara əməl edin:

• Ara məsafəsi saxlayın.
• Üz maskalarından istifadə edin və müntəzam olaraq əllərinizi sabunla yuyun.
• Özünüzdə COVİD-19 simptomları (qızdırma, baş ağrısı, öskürək, boğaz ağrısı vən tənəffüs yolu problemləri) hiss etsəniz, dərhal qeydiyyat xidməti əməkdaşlarına bu barədə məlumat verin.
• Yuxarıda qeyd olunan simptomları hər hansısa bir digər şəxsdə aşikarlasanız, dərhal bu barədə otel əməkdaşlarına məlumat verin.

Sizə daha təhlükəsiz xidmət göstərmək üçün bəzi xidmətlərimiz fəaliyyət göstərməyə bilər.

Bura daxildir:

İCTİMAİ ƏRAZİLƏRİN TƏMİZLƏNMƏSİ:
Xüsusilə tualet, lift və eskalator daxil olmaqla insanların daha çox istifadə etdikləri ərazilərdə təmizləmə və dezinfeksiya tezliyini artırdıq və daha çox əl təmizləyici qurğular yerləşdirdik.

ŞƏXSİ QORUNMA QAYDALARI:
Əməkdaşlar yerli qanunlara uyğun olaraq icra etdikləri fəaliyyətlərə əsasən xüsusi geyimlərdə (məsələn:üz örtükləri, əlcəklər və s.) xidmət edəcəklər.. Qonaqlar şəxsi maskalardan istifadə edə bilərlər.

SENSOR SPREYLƏR:
Ciddi təmizlik protokollarına riayət edilməsini təmin etmək məqsədilə dezinfeksiyaedici maddələrdən ibarət olan sensor çiləyicilər də daxil olmaqla inkişaf etmiş texnologiyalardan istifadə edirik.
 
OTELDƏ VƏ OTAQLARDA TƏMİZLİK İŞLƏRİ
Otel ərazisində və otaqlarda təmizlik işləri xüsusi protokollar əsasında həyata keçirilir.
Hər bir otaq gəlişinizdən əvvəl hərtərəfli təmizlənir və dezinfeksiya edilir. Əlavə olaraq otağınızda gündəlik təmizlik xidməti istəyirsinizsə, sadəcə komandamıza bildirin və biz məmnuniyyətlə köməklik göstərəcəyik.
İstəyə uyğun olaraq otaqlarda qonaqlara nəm salfetlər təklif olunur.
OVDAN SPA:
SPA istifadəsi yalnız sifarişlə mümkündür.
Qonaqlar sosial məsafə qaydaları nəzərə alınaraq qəbul edilir. Bunun üçün eyni vaxtda istifadəçi sayını təyin edirik.
- Üzmə hovuzu - 15 nəfər. Maks
- İdman zalı - 5 nəfər. Maks.
- Saunalar - 3 nəfər. maks.
- Türk hamamları - 4 nəfər. maks.
Təmizlik və dezinfeksiya mütəmadi olaraq həyata keçirilir. Qaydalara görə cədvəllər hazırlanır və izlənilir.
Təmizlik və dezinfeksiya işləri SAHMAN standartları qaydalarına uyğun olaraq aparılır.
Əllə toxunan kitablar, jurnallar, menyular və s. çıxarılır. Qonaqları məlumatlandırmaq üçün şifahi və ya vizual metodlardan istifadə olunur.
Bütün SPA ərazisi müntəzam olaraq havalandırılır və havalandırma sisteminin düzgün işləməsinə nəzarət edilir.

Sizə təhlükəsiz səyahət arzu edirik.
 
 

Tərəfdaşlar

Milli Paralimpiya Komitəsi
SPORT SYSTEM

Bizi INSTAGRAM-da izləyin