Art Zone Week

Art Zone Week

 

 

 

27 fevral - 4 mart tarixlərində "Şahdağ" Yay-qış turzim kompleksində Azərbaycanın məhşur rəssamlarının iştirakı ilə növbəti "Art Zone Week" adlı rəngkarlıq simpoziumu keçiriləcək.

Mədəniyyət və sosial yönümlü bu layihənin məqsədi rəssamların gözü ilə bölgənin, burada yerləşən möhtəşəm turzim kompleksini ölkənin aparıcı turizm bölgəsi kimi fərqli formada təbliğ və təşviq etməkdir. 

Rəssamlar Quba və Qusarın turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olaraq bir həftə ərzində rayonun müxtəlif guşələrində sərbəst mövzularda rəsm əsərləri yaradacaqlar. 

Bununla yanaşı rayonun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gənclərə "Ustad dərsləri" keçiriləcəkdir.

1. Müseyib Əmirov - Azərbaycanın əməkdar rəssamı.

2. Elyar Əlimirzəyev - Azərbaycanın əməkdar rəssamı.

3. Vüqar Muradov - Azərbaycanın əməkdar rəssamı

4. Yelena Haqverdiyeva - Azərbaycanın əməkdar rəssamı.

Milli Paralimpiya Komitəsi
SPORT SYSTEM

FOLLOW US ON INSTAGRAM