Şahdağ

Xəbərlər

Yeni ilə sayılı günlər qaldı!

noel

“Şahdağ“ Turizm Mərkəzi 31 dekabr 2016-ci il tarixində yeni ili fərqli keçirtmək və 2017-ci ilə maraq dolu əyləncələrin müşaiyəti ilə daxil olmaq istəyənlər üçün “Şahdağ Hotel və Spa” və “ Zirvə” hotellərində təntənəli yeni il şənlikləri təşkil edir. Yeni ili əsrarəngiz gözəlliklər mühitində qarşılayaraq  həm böyük, həm də azyaşlı qonaqlarımıza ən möhtəşəm anlar yaşatmaq üçün turizm mərkəzimiz var gücü ilə hazırlaşır.

Əgər yeni 2017-ci ili Şahdağda qarşılamaq istəyirsinizsə, təəssüf hissi ilə qeyd etməliyik ki, artıq bir neçə ay əvvəlcədən bütün  yerlərimiz tutulmuşdur. Bununla belə, siz istirahət mərkəzindəki xizək və snoubord sürə, müxtəlif qış əyləncələrindən istifadə edə, eləcə də 10-dan çox restoran, kafe və bar, SPA-mərkəzi, sağlamlıq və fitnes mərkəzininin təklif etdiyi xidmətlərdən faydalana bilərsiniz.

Turistlərin mənəvi istirahətini təşkil etmək üçün hər il müxtəlif bayramlarda “Şahdağ” Turizm Mərkəzində teatr tamaşaları səhnəyə qoyulur. Qarşıdan gələn bayram günlərində  Qusar Dövlət Ləzgi Dram Teatrında Rəvan Tohidoğlunun “Taleyin oyunu” əsəri əsasında  tamaşa səhnələşdiriləcək.

 

 

 

Maraqlı ola bilər:

  • Haqqımızda

    ...

  • Aspen Bar

    “Park Chalet Şahdağ” hotel   “Aspen Bar”   Göz...

  • Aspen Lounge

    “Park Chalet Şahdağ” hoteli   Şahdağ Dağlarının mənzərəsində yü...

Hava

Bugün - Çərşənbə

17Leysan
  • Cümə axşamı

    20
  • Cümə

    25

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6