Xizəksürmə və digər əyləncələr

Xizəksürmə

Yamaclar üzərində ilk xizək təcrübəsini yaşamağınız və ya təcrübəli xizəkçi olub-olmamağınızdan asılı olmayaraq, bizdə sizə lazım olan hər bir şey mövcuddur.

 

“Şahdağ” Turizm Mərkəzində fəaliyyət göstərən xizək mağazasından siz ən müasir ləvazimatları satın ala və ya icarəyə götürə bilərsiniz, mağazamızda çalışan personalımız sizə xizəksürmə bacarığınızdan asılı olmayaraq bu əyləncəli idman növündən zövq almağınız üçün peşəkar məsləhətlər verəcəklər.

 

Yeni başlayanlar, eləcə də təcrübəli xizəkçilər üçün xizək məktəbi mövcuddur. Sizin rahatlığınızı təmin etmək üçün burada həm fərdi, həm də qrup şəklində dərslər təşkil edilir.

 

Xizək, qoruyucu dəbilqə, snoubord və digər zəruri avadanlıqları alın və ya icarəyə götürün,  dərsləri əvvəlcədən sifariş edin və Şahdağı kəşf edin.

 

Süni qar yaradılmasında istifadə olunan ən son texnoloji avadanlıqlar 13 yamacda qış mövsümü boyu qar örtüyünü təmin edir. Bununla yanaşı Şahdağı kəşf etmək üçün ən müasir liftlər və qondola qaldırıcıları da sizin ixtiyarınıza verilir.

Maraqlı ola bilər:

  • İlly Cafe

    “Zirvə” hotel   “İlly” kafe   Gözəl dağ havası...

  • Sarğı prosedurları və bədən skrabları

    Bədənin sarınması dəridəki problemlərin aradan qaldırılmasına kömək edir. O, dər...

  • Kral masajı

    Spamızın ən özəl masajını sizə təqdim edirik!   Həm bədənin, həm də ruhun i...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6