Qış əyləncələri

Xizək sürərkən bəzi məsləhətlər

DÜZGÜN AKSESUARLAR VƏ GÜNƏŞ KREMİNDƏN İSTİFADƏ EDİN

Xizək həyəcanından zövq almaq üçün düzgün geyimin seçilməsi çox vacibdir.

Qar paltarı bədən temperaturunu saxlamaq üçün sizə kömək edəcək və sizi soyuq havadan müdafiə edəcəkdir. Əlcək geyinmək də həmçinin vacibdir, əlcəklər sizi təkcə soyuq havadan deyil, həm də yıxılarkən qoruyur.

Günəş şüalarından qorunmaq üçün eynək geyinmək lazımdır. Yüksək hündürlükdə ultra bənövşəyi şüalar daha güclü olur və qar üzərində günəş şüalarının əksi daha parlaq görünür. Xüsusi qoruyucu eynəklər və yaxud gün eynəkləri yamaclarda əsən küləklərdən və yağan qardan sizi qoruyacaqdır.

Xizək sürərkən dəriniz iki istiqamətdən gün işığına məruz qalır, birincisi birbaşa gün işığı, ikincisi isə günəş şüalarının qar üzərindəki əksidir. Gözlərinizi qoruduğunuz kimi, qoruyucu kremlərdən istifadə etməklə dərinizi də müdafiə edə bilərsiniz.

XİZƏK TƏLİMATÇISI XİDMƏTİNDƏN İSTİFADƏ EDİN

"Şahdağ" xizək məktəbi xizək sürməyi öyrənmək arzusunda olanlar üçün fərdi və qrup şəklində dərslər təşkil edir. Əgər siz yeni başlayırsınızsa, təlimatçınız sizə bu həyəcanlı idman növü haqqında məlumat verəcək və ilk gündən xizək təcrübəsindən zövq almaq üçün sizi əsas texnika və vərdişlər, o cümlədən təhlükəsizlik təlimatları ilə tanış edəcəkdir. Əgər siz təcrübəli xizəkçisinizsə və bu sahədə bacarıqlarınızı daha da irəlilətmək istəyirsinizsə, təlimatçınız hər cür şəraitdə ən yüksək səviyyədə bacarığınızı inkişaf etdirmək üçün sizə yardım edəcəkdir.

DİGƏRLƏRİNƏ HÖRMƏTLƏ YANAŞIN

Hər zaman diqqətli olun, lazım olduqda dayanın və digər insanlar və əşyalarla toqquşmamaq üçün ehtiyatlı olun. Yadda saxlayın ki, yol sizdən qabaqda gedən xizəkçinindir. Sizdən qabaqda olan xizəkçi ilə ara məsafəsi saxlamaq sizin borcunuzdur.

Yamaclardan keçərkən daha ehtiyatlı olun, keçməmişdən əvvəl sürətinizi azaldın, dağın yuxarısına baxın və digər xizəkçilərə yol verin.

İŞARƏLƏRƏ DİQQƏT EDİN

Sizin rahatlığınız və təhlükəsizliyiniz üçün Şahdağın yamacları boyunca işarələr asılmışdır. Xahiş edirik bütün hərəkət və xəbərdarlıq işarələrinə əməl edəsiniz. Təhlükəsizliyiniz üçün bağlı yamaclara daxil olmayın.

Yalnız xizəksürmə bacarığınıza uyğun olan yamaclarda sürüşün və yamacların rənginə diqqət yetirin.

Yadda saxlayın:

Yaşıl rəngli yamaclar yeni başlayanlar, göy orta səviyyəli xizəkçilər, qırmızı daha bacarıqlı, qara isə yalnız yüksək təcrübəli xizəkçilər üçün nəzərdə tutulmuşdur.

DAYANARKƏN EHTİYATLI OLUN

Piyadalar yalnız yamaclardan kənar ərazilərdə gəzə bilərlər. Geniş xizək yolları istisna olmaqla, dayanmalar ancaq xizək yolunun kənarında həyata keçirilə bilər. Dar yollarda və ya yuxarıdan görülməyən yerlərdə dayanmaq qadağandır.

QƏZA ZAMANI YARDIM

Xizəklə sürüşmə zamanı hər hansı qəzanın şahidi olduqda, dayanmaq və aşağıdakı təlimatlara əməl etmək lazımdır:

- Təmkinli olun və yaralanmış xizəkçini sakitləşdirin.
- Xizəklərinizi çıxarın.
- Yaralı xizəkçinin uzandığı yeri işarələmək üçün xizəkləri çarpaz şəkildə qarın üstünə bərkidin.
- Yaralı xizəkçidən vəziyyətini soruşun, onu yerindən tərpətməyin, qoruyucu dəbilqəsini və çəkmələrini çıxarmayın.
- Bizim təcili yardım xidməti ilə əlaqə saxlayaraq yaralı xizəkçinin olduğu yer və vəziyyəti haqqında məlumat verin.

Maraqlı ola bilər:

  • Seqvey

    Seqveylər iki təkərli, öz-özünü tənzimləyən, elektriklə işləyən nəqliyyat vasitə...

  • Küləkli

    “Qaya evləri” hoteli “Küləkli” restoranı   Ətrafdak...

  • İsveç masajı

    İsveç masajı zamanı təzyiq altında əzələlər yumşalır, gərginlik azalır, dərinin ...

Hava

Bugün - Cümə

24Leysan
  • Şənbə

    25
  • Bazar

    20

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6