Şahdağ

News

Ukrayna və Azərbaycan turizm komissiyasının ilk birgə iclası keçirilmişdir.

2017-ci il oktyabr ayının 24-də Ukrayna İqtisadi İnkişaf və Ticarət Nazirliyinin təşəbbüsü ilə Ukrayna və Azərbaycan turizm komissiyasının ilk birgə iclası keçirilmişdir. Ölkəmizin nümayəndə həyətinin tərkibinə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Azər Xudiyev, Azərbaycan Turizm Assosiasiyasının İdarə Həyətinin sədri Nahid Bağırov, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, ölkəmizin Ukraynadakı Səfirliyinin nümayəndəsi daxil edilmişdir.

Azərbaycanı təmsil edən nümayəndə heyəti ilə yanaşı “Şahdağ” Turizm Mərkəzi, “Gilan Holding”, Absheron Hotel Group, “Premier Hotel”, “Galalti Hotel” Sanatorium, “Hyatt Regency Baku”, “Çinar Hotel” və “Naftalan Hotelin” nümayəndələri də iclasda iştirak etmişdir.

İclas çərçivəsində Azərbaycanın turizm imicinin yenidən qurulması – rebrendinq və daha uğurlu kommunikasiya və marketinq planının hazırlanması ilə məşqul olduğunu deyən nazir müavini N. Səmədov ölkəmizdə turizm sahəsində aparılan islahatları, Azərbaycanda keçirlən: Avroviziya mahnı yarışmasını, Avropa oyunlarını, Formua 1, Baku Shopping festvalını və s. qeyd etmişdir. O həmçinin 2016-cı ildə ölkəmizə 54 mindən çox Ukrayna vətəndaşının səfər etdiyini bildirmişdir.

Tədbir zamanı “Şahdağ” Turizm Mərkəzinin xidmətləri, hotellər və mövcud infrastruktur barədə hazırlanmış təqdimat tədbir iştirakçılarına təqdim olunmuş, yerli turizm agentlikləri ilə danışıqlar və qarşılıqlı təcrübə mübadiləsi aparılmışdır.

İclasda iştirak edən Ukrayna İqtisadi İnkişaf və Ticarət nazirinin müavini Mixayıl Titarçuk Ukrayna ilə Azərbaycan arasında turizm əlaqələrinin əsasının 1998-ci ilin iyul ayında imzalanmış sənədlərə əsasən başlandığını söyləmişdir.

Tədbirdə həmçinin GUAM və BMT-nin “İpək yolu” proqramı çərçivəsində qlobal beynelxalq regional turizm təşkilatlarının və assosiyasalarının iştirakı ilə 2017 -2020-ci illəri əhatə edəcək “GUAM – Japan” əməkdaşlıq layihəsi üzrə Yaponiyadan turistlərin cəlb olunması məsələsi danışılmışdır.

Hər iki nümayəndə heyəti turizm və turizm mərkəzlərinin inkişafı haqda məlumat vermiş və statistik göstəriciləri qeyd etmişdir. Azərbaycan təcrübəsinin bu sahədə öyrənilməsi, turizmin inkişafı sahəsində ən son texnalogiyaların tətbiqi, turist axınını artırmaq üçün marketinq fəaliyyəti ilə bağlı məlumat mübadiləsi müzakirə olunmuşdur.

Sonda isə turizmlə bağlı Ukrayna Azərbaycan birgə komissiyasının qaydaları haqqında ümumi protokol imzalanmışdır.

 

Maraqlı ola bilər:

  • Üzə qulluq

    Üz prosedurları sizə çoxlu xoş anlar bəxş edəcək. Bu prosedurlardan sonra siz ra...

  • İdman zalı

    Hovuzun yanında yerləşən “Ovdan” idman zalı möhtəşəm mənzərəni seyr ...

  • “Ovdan” fit

    Strategically located next to the pool, Ovdan Gym is perfect for a complete work...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6