Şahdağ

Xəbərlər

Spa menecerimiz İvan Nikolov birincilər sırasında!

6 noyabr 2016-cı il tarixində Su İdman Sarayında klassik masaj və spa üzrə “Birinci Peşəkar Beynəlxalq” çempionatı keçirilib. Spa və masaj texnikaları üzrə peşəkarların iştirak etdiyi yarışmada “Şahdağ” Turizm Mərkəzinin Spa meneceri İvan Nikolov da yer alıb.

Yarışma iki mərhələdə həyata keçirilib: uyğun olaraq klassik və spa masaj texnikalarının nümayiş olunduğu seçmə və final mərhələsi.

İştirakçılar ayrı-ayrılıqda individual olaraq öz bacarıq və xüsusi masaj texnikalarını nümayiş etdiriblər. “Şahdağ” Turizm Mərkəzini təmsil edən İvan Nikolov mərhələlərin hər ikisindən uğurla keçərək “Ən yaxşı spa masajı” nominasiyası ürzə birinci yerə layiq görülüb.

Bununla belə yarışma ərzində öz bacarıqlarını, peşəkarlığını və kreativliyini nümayiş etdirən İvan Nikolov “Ən yaxşı klassik masaj” nominasiyası üzrə də ikinci yerdə qərarlaşıb.

ivan

 

Maraqlı ola bilər:

  • Park Chalet Şahdağ Hotel

    Dağlar qoynunda yerləşən və təbiətin gözəllikləri ilə əhatə olunmuş bu məkan siz...

  • Sarğı prosedurları və bədən skrabları

    Bədənin sarınması dəridəki problemlərin aradan qaldırılmasına kömək edir. O, dər...

  • Haqqımızda

    ...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6