Şahdağ

Xəbərlər

Klassik masaj və spa üzrə “İkinci Beynəlxalq Spa Çempionat”ı keçirilmişdir.

30 noyabr 2017-ci il tarixində Bakı Su İdman Sarayında sayca ikinci dəfə klassik masaj və spa üzrə birləşmiş çempionat keçirilmişdir. Keçən il “Şahdağ” Turizm Mərkəzini  laqiyincə təmsil edən və  “Ən yaxşı spa masajı” nominasiyası ürzə birinci yerə layiq görülən İvan Nikolov bu dəfə münsiflər heyəti sırasında yer almışdır. Lakin bu dəfə Şahdağı İvanın yetişdirdiyi peşəkar masaj ustaları təmsil etmişdir.

Ümumilikdə 4 nəfərdən ibarət münsiflər heyəti yarış iştirakçılarını müvafiq standartlara uyğun hazırlanmış baloniya sistemi üzrə ayrı-ayrılıqda qiymətləndiriblər.  Tam şəffaf və ədalətli aparılan qiymətləndirmənin nəticələrinə uyğun olaraq “İsveç” masajı və spa masajı ürzə 1-ci, 2-ci, 3-cü yerlər müəyyən olunmuş, eləcə də sözügedən masaj növləri üzrə “Peşəkarlıq”, “Artistizm”, “Ustalıq” nominasiyaları üzrə fərqlənən iştirakçılara diplomlar təqdim olunmuşdur.

Sevindirici haldır ki, “İsveç” masajı və spa masajı üzrə birinci yerlərin sahibləri məhz “Şahdağ” Turizm Mərkəzinin sabiq əməkdaşları Roman Nağıyev və Dewi Ayu Anita Dewi olmuşdur. Bununla yanaşı Bənövşə Aslanova da “İsveç” masajı üzrə “Ustalıq” nominasiyasına layiq görülmüşdür. İvan Nikolov bu səbəbdən çox məmnun olduğunu və öz yetirmələri ilə fəxr etdiyini bildirmişdir.

Sonda qaliblər hədiyyə və diplomlarla təltif olundu.

Maraqlı ola bilər:

  • Ziplayn

    Şahdağın möhtəşəm mənzərəsi ilə yüksək adrenalin hissini niyə də birlikdə duymay...

  • At üstündə gəzinti

    Yaşından asılı olmayaraq hərkəs at üstündə Şahdağın gözəl təbiəti qoynunda, dağl...

  • Tandem paraplan uçuşları

    Tandem paraplan uçuşları uçuşları 2 start nöqtəsindən həyata keçirilir. Birinci ...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6