Şahdağ

Xəbərlər

“Şahdağ” Turizm Mərkəzi “SATTE” beynəlxalq turizm sərgisində iştirak edir.

“Şahdağ” Turizm Mərkəzi 31 yanvar- 2 fevral tarixlərində baş tutan Hindistanın Nyu Dehli şəhərində keçirilən beynəlxalq turizm sərgisində iştirak edir.

Cənubi Asiya ölkələrinin əsas turizm-ticarət sərgisi hesab olunan “SATTE” sərgisi  hər il təşkil olunaraq və dünyanın müxtəlif ölkələrindən olan şirkətləri bir yerə toplayaraq, Cənubi Asiya regionunun turizm sənayesi üzrə aparıcı şirkətləri ilə B2B görüşlərin keçirilməsinə, təcrübə mübadiləsinin aparılmasına, əməkdaşlıq əlaqələrinin qurulması və müqavilələrin imzalanmasına töhfə verir.

Artıq 25 ildir ki, “SATTE” Cənubi Asiyanın ən böyük səyahət və turizm sərgisi olaraq dünyanın müxtəlif ölkələrindən turizm və hotelçilik sahəsində olan mütəxəssislərin təcrübələrinin bölüşdüyü bir platformaya çevrilmişdir. Müqayisə üçün bildirək ki, “SATTE 2017”də dünyanın 40-a yaxın ölkəsindən 1000-ə yaxın iştirakçının iştirak etmiş, sərgi 25.000 ziyarətçi qəbul etmişdir.

Hər il beynəlxalq sərgidə hava yolları şirkətləri, sağlamlıq turizmi, idman və macəra turizmini təmsil edən qurumlar, hotellər və istirahət mərkəzləri, turizm şirkətləri və turizm sahəsində fəaliyyət göstərən digər əlaqəli şirkətlər təmsil olunurlar.

“Şahdağ” Turizm Mərkəzini tədbirdə Kommersiya Departamentinin direktoru Nigar Rüstəmzadə və Marketing Meneceri Niyazi Qasımov təmsil edirlər. Azərbaycan nümayəndəliyinin və “Şahdağ” Turizm Mərkəzinin stendini ziyarət edən qonaqlara  mərkəzdə təqdim olunan infrastruktur, hotellər və xidmətlər, yay və qış əyləncələri barəsində məlumat verilir, onlara mərkəzin xidmətləri və mövcud infrastruktur barəsində reklam-çap məshulları paylanılır.

 

Maraqlı ola bilər:

  • Xəzinə

    “Şahdağ Hotel&Spa” hoteli   “Xəzinə” bar   “Xəzi...

  • Aeroxizəkdə gəzinti

    Siz həmişə aeroxizək sürmək arzusunda olmusunuz? Bəlkə siz daha fərqli həyəcan a...

  • Miras

    “Şahdağ Hotel&Spa” hoteli   “Miras” restoranı  ...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6