Şahdağ

Xəbərlər

“Şahdağ” Yay Düşərgəsinin bağlanış mərasimi!

3 sentyabr tarixində eyni zamanda Azərbaycanda ilk dəfə olaraq təşkil edilmiş beynəlxalq, ingilis dilli “Şahdağ” Yay Düşərgəsinin bağlanış mərasimi də baş tutmuşdur. Tədbirdə düşərgədə iştirak edən uşaqlara setifikatlar təqdim edilmiş, onlar üçün musiqili-əyləncəli proqram təşkil olunmuşdur.

Xaricdən dəvət olunmuş,  Almaniya, Gürcüstan, Amerika və Rusiya kimi ölkələrdən olan beynəlxalq dərəcəli yüksək ixtisaslı təlimçilərin iştirakı ilə uşaqlara öyrətmə, inkişaf və istirahətin mükəmməl balansı təklif edilən düşərgədə 3 ay boyunca ümumilikdə Azərbaycan, Türkiyə, İran, Fransa, BƏƏ,  Gürcüstan, Rusiya və Mərakeşdən 160-dan çox uşaq iştirak etmişdir. Mərkəzdə yerləşən “Zirvə” hotelində qalaraq diqqətli və peşəkar işçilərin daimi nəzarəti altında olan iştirakçılar evlərinə möhtəşəm təcrübə, gözəl təəssüratlarla qayıtmışdırılar.

“Şahdağ” Yay Düşərgəsinin ən önəmli məqamlarından biri “ASAN” xidmətlə birlikdə təşkil edilmiş xeyriyyəçilik layihəsinin həyata keçirilməsi olmuşdur. Belə ki, “Sevinc paylaşdıqca çoxalır” prinsipinə əsaslanan “ASAN Məktub” layihəsinin birbaşa təşkilatçılığı və dəstəyi Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin dəstəyi ilə respublikanın müxtəlif bölgələrindən aztəminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan 25 uşağın, eləcə də arzu və xəyalları gerçəkləşdirilmiş, onlara xeyriyyə məqsədi ilə düşərgədə bir həftəlik istirahət hədiyyə edilmişdir.

İlk dəfə olaraq pilot layihə kimi start götürən “Şahdağ” Yay Düşərgəsinin uğurlu fəaliyyəti nəzərə alınaraq növbəti mövsümlərdə də davamlı olaraq təşkil edilməsi planlaşdırılır.

 

Maraqlı ola bilər:

  • İlly Cafe

    “Zirvə” hotel   “İlly” kafe   Gözəl dağ havası...

  • Aspen Qrill Restoran

    “Park Chalet Şahdağ” hoteli     Gündəlik qidalanma və ya d...

  • Kleopatra vannası

    Qədim Misirin kraliçası Kleopatra hökmranlığın sirrlərini yaxşı bilirdi. Gözəlli...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6