Şahdağ

Xəbərlər

“Şahdağ” Yay Düşərgəsinin açılış mərasimi baş tutmuşdur.

10 iyun 2017-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzinin  təqdim etdiyi “Şahdağ” Yay Düşərgəsinin qeyri-rəsmi açılış mərasimi baş tutmuşdur. “ASAN könüllüləri”, “ASAN Məktub” və “PAŞA Sığorta” şirkətinin təşkilati dəstəyi ilə hazırlanmış yay düşərgəsinin açılış mərasimində – “Açıq qapılar” günündə xeyli sayda valideyn, uşaq və qonaq iştirak etmişdir.

Tədbir “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfovun salamlama nitqi ilə başlamış, daha sonra uşaqlar arasında şahmat və rəsm yarışması təşkil olunmuş, qaliblərə xüsusi hədiyyələr təqdim edilmişdir. Müvafiq olaraq birinci yerin sahibinə yay düşərgəsinin ilk həftəsi üçün 50%, ikinci yerin sahibinə 30%, üçüncü yerin sahibinə isə 20% endirim kuponu təqdim olunmuşdur. Qeyd edək ki, uşaqlararası şahmat turnirində şahmat üzrə 20 yaşadək şahmatçılar arasında ikiqat dünya çempionu tituluna sahib olmuş yeganə şahmatçı və dünyanın ən güclü 20 şahmatçısı sırasında yer alan Şəhriyar Məmmədyarov şəxsən iştirak etmişdir.

“Açıq qapılar” günündə iştirak edən valideynlər düşərgə boyunca uşaqlarla ünsiyyətdə olacaq xaricdən dəvət olunmuş beynəlxalq dərəcəli yüksək ixtisaslı təlimçilərlə, eyni zamanda düşərgədə təşkil ediləcək şərait və xidmətlərlə əyani surətdə tanış olmuş, müxtəlif oyun və əyləncələr üzərində qurulacaq dərs otağından kənarda ingilis dili mühitinə tam daxil olmağa imkan verən dərs proqramları haqqında ətraflı məlumat almışdırlar. Tədbir simvolik olaraq Rüstəm Nəcəfovun iştirakı ilə uşaqlar tərəfindən ağac əkilmə mərasimi ilə sonlandırılmışdır.

Qeyd edək ki,  9-14 yaşlı uşaqlar üçün 18 iyun – 10 sentyabr tarixləri arasında keçiriləcək beynəlxalq eko “Şahdağ” Yay Düşərgəsi uşaqlara öyrətmə, inkişaf və istirahətin mükəmməl balansını təklif etməklə Azərbaycanda ilk dəfə olaraq təşkil olunur.

                  

 

 

Maraqlı ola bilər:

  • Dübrar

    ...

  • At üstündə gəzinti

    Yaşından asılı olmayaraq hərkəs at üstündə Şahdağın gözəl təbiəti qoynunda, dağl...

  • Layihə

    Bu iddialı inkişaf proqramı üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Na...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6