Şahdağ

Xəbərlər

“Şahdağ” Turizm Mərkəzi Rusiyanın Kazan şəhərində keçirilən “İl boyu Şərq nağılı” adlı tədbirdə iştirak etmişdir.

“Şahdağ” Turizm Mərkəzi  25 – 27 iyul tarixlərində Rusiyanın Kazan şəhərində Tatarıstan Respublikası Dövlət Turizm Komitəsi, habelə mətbuatın dəstəyi  ilə baş tutan “İl boyu Şərq nağılı” adlı tədbirdə iştirak etmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın malik olduğu müxtəlif turizm segmentlərini  Kazanın öndə gedən turizm agentliklərinə təqdim etmək və ölkəyə yeni turistləri cəlb etmək idi.  Bu məqsədlə Azərbaycandan tədbirə “RAYDA” Travel, Naftalan və o cümlədən “Şahdağ” Turizm Mərkəzinin nümayəndələri dəvət almışdır.

Tatarıstan Respublikasının 80-dən çox turizm agentlikləri, eləcə də Rusiyanın aparıcı tur operatorlarının iştirak etdiyi tədbirdə “Şahdağ” Turizm Mərkəzini təmsil edən Elnarə Fərzəli və Nəsimi Qarayev Şahdağın turizm infrastrukturunu, hotellərini, yay və qış əyləncələrini və mərkəzin təklif etdiyi digər xidmətləri  təsvir edən təqdimat ilə tədbir iştirakçılarını məlumatlandırıblar.

Tədbirin sonunda iştirakçılar arasında lotoreya keçirilmişdir. Azərbaycanın bir sıra hotelləri, eləcə də “Şahdağ Hotel və Spa” da daxil olmaqla lotoreyada qalib olan şəxlərə 3 gecəlik ikinəfərlik otaq hədiyyə etmişdir.

Maraqlı ola bilər:

  • PARK CHALET FİTNES MƏRKƏZİ

    Bizim fitnes mərkəzimiz tam təchizatı ilə sizin yolunuzu gözləyir. 20 metrlik qa...

  • Kvadrosikl turları

    Kvadrosiklərdə hərkəs həyəcan dolu gəzintidən həzz alacaqlar.   Qısa təlima...

  • Tibbi klinika

    “Şahdağ” Turizm Mərkəzində ən müasir avadanlıqlarla təchiz olunmuş tibbi klinika...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6