Şahdağ

News

“Şahdağ” Turizm Mərkəzi yay mövsümünü bağlı elan edir.

“Şahdağ” Turizm Mərkəzində yay mövsümü başa çatdı.

“Şahdağ” Turizm Mərkəzi sentyabr ayının 25-dən etibarən 2017-ci il yay mövsümünü bağlı elan edir. Sayca beşinci olan bu yay mövsümü ərzində mərkəzə  üz tutan turistlərin sayı  keçən yay mövsümlərindəki rəqəmləri üstələyərək 40 000-dən çox olmuşdur. Onların 68%-dən çoxunu xarici ölkələrdən olan turistlər, xarici turistlərin 83%-dən çoxunu isə ərəb ölkələrindən gələn tursitlər təşkil etmişdir.

Ümumilikdə əcnəbi qonaqların, xüsusilə Səudiyyə Ərəbistan, BƏƏ, Oman, Küveyt və İraq kimi ölkələrdən olan qonaqların nisbətən çoxluq təşkil etdiyi bu mövsüm də bir-birindən maraqlı tədbirləri və əyləncələri ilə yadda qalmış, mərkəzdə göstərilən xidmətlərin say və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər görülmüş, ilk dəfə olaraq çoxdan gözlənilən dağ paraşütü hesab olunan paraplan xidməti istifadəyə verilmişdir.

Eləcə də, bu mövsüm ilk dəfə olaraq uşaqlar üçün ingilis dilli “Şahdağ” Yay Düşərgəsi beynəlxalq pilot layihəsinin əsası qoyulmuş, 3 ay davam edən layihə çərçivəsində yay düşərgəsində Azərbaycan, Türkiyə, İran, Fransa, BƏƏ, Gürcüstan, Rusiya və Mərakeş kimi ölkələrdən 160-dan çox uşaq iştirak etmiş, “ASAN Məktub” layihəsi ilə birlikdə təşkil edilmiş xeyriyyəçilik aksiyası nəticəsində respublikanın müxtəlif bölgələrindən aztəminatlı ailələrdən olan 25 uşağa xeyriyyə məqsədi ilə düşərgədə bir həftəlik istirahət hədiyyə edilmişdir.

Məlum olduğu kimi, ənənəvi olaraq mərkəzdə qış mövsümünün açılışı dekabr ayının ilk ongünlüyünə təsadüf edir. Qış mövsümünün açılışına kimi isə mərkəz ərazisində 5 ulduzlu “Şahdağ Hotel və Spa” fəaliyyət göstərəcəkdir.

 

 

Maraqlı ola bilər:

  • Bob kart

    Bob kart sürərkən siz xizək liftləri ilə yuxarı qalxaraq sürmə bacarığınıza uyğu...

  • Peyntbol

    Burada sizə peşəkar heyətimizin nəzarəti altında müxtəlif formatları təcrübədən ...

  • Yay əyləncələri

    ...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6