Şahdağ

Xəbərlər

“Şahdağ” Turizm Mərkəzi yay mövsümünü bağlı elan edir.

“Şahdağ” Turizm Mərkəzində yay mövsümü başa çatdı.

“Şahdağ” Turizm Mərkəzi sentyabr ayının 16-dan etibarən 2018-ci il yay mövsümünü bağlı elan edir. Sayca altıncı olan bu yay mövsümü ərzində mərkəzə  üz tutan turistlərin sayı  keçən yay mövsümlərindəki rəqəmləri üstələyərək 35 000-dən çox olmuşdur. Hotellərdə qalan qonaqların isə 86%-dən çoxunu xarici ölkələrdən olan tursitlər təşkil etmişdir.

Ümumilikdə əcnəbi qonaqların, xüsusilə Səudiyyə Ərəbistan, BƏƏ, Küveyt, Oman və Pakistan kimi ölkələrdən olan qonaqların nisbətən çoxluq təşkil etdiyi bu mövsüm də “Şahdağ” adını regional brend kimi tanıtmaq üçün bir sıra tədbirlər görülmüş, yay imkanlarının  tanıdılması məqsədilə “Boulevard Baku” hotelində təqdimat keçirilmişdir. Turizm mərkəzinin ancaq qışda deyil, eləcə də yayda da fəaliyyət göstərməsi vurğulanmış, yay mövsümü ərzində təqdim olunan xidmətlər, yay əyləncələri, yay mövsümündə fəaliyyət göstərəcək hotellər, keçiriləcək tədbirlər haqqında ətraflı məlumat verilmişdir.

Eləcə də, bu mövsüm ikinci dəfə olaraq uşaqlar üçün ingilis dilli “Şahdağ” Yay Düşərgəsi beynəlxalq layihəsi keçirilmişdir, 3 ay davam edən layihə çərçivəsində yay düşərgəsində Azərbaycan, Türkiyə, Fransa, BƏƏ, Gürcüstan, Rusiya, Qazaxıstan və Avstriya kimi ölkələrdən 200-dən çox uşaq iştirak etmişdir.

Dekabr ayından aprel ayına kimi davam edəcək qış mövsümünün açılışınadək isə mərkəzdə fəaliyyət göstərən hotellər qonaqların ixtiyarında olacaqdır. Xüsusilə, “Şahdağ” hotelində fəaliyyət göstərən sağlamlıq və bərpaedici proqramlar əsasında beynəlxalq dərəcəli mütəxəssilərin çalışdığı SPA xidməti mövsümlərarası dövrdə qonaqların rahatlığı üçün ən uğurlu seçimlərdən olacaqdır.

 

 

Maraqlı ola bilər:

  • Atıcılıq mərkəzi

    “Şahdağ” Turizm Mərkəzində istifadəyə verilən yeni Atıcılıq Mərkəzi ...

  • “Ovdan” fit

    Strategically located next to the pool, Ovdan Gym is perfect for a complete work...

  • Scalini Restoran

    “Pik Palace Şahdağ” hoteli    ...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6