Şahdağ

Xəbərlər

“Şahdağ” Turizm Mərkəzi Küveytdə keçirilmiş Azərbaycan turizm potensialının təqdimatı sərgisində iştirak etmişdir

2016-cı il noyabr ayının 24-də Küveytdə Azərbaycan Respublikasının Küveyt dövlətindəki səfirliyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın turizm potensialının təbliğatı məqsədilə iki ölkənin turizm sənayesi nümayəndələri arasında qarşılıqlı görüşlər keçirilmişdir.

Azərbaycanın turizm infrastrukturunu, potensialı və sənayesini Küveyt dövlətində təqdim etmək, eləcədə ölkənin turizm şirkətləri və mehmanxanaları ilə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədi ilə keçirilmiş görüşdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi 18 nəfərlik nümayəndə heyəti, həmçinin “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov da iştirak etmişdir.

Tədbirdə “Şahdağ” Turizm Mərkəzində mövcud hotellər, yay və qış əyləncələri, kanat yolları, spa mərkəzi, təqdim olunan xidmətlər və s. haqqında geniş məlumat verilmiş, nümayiş olunan təqdimat qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

Məlumat üçün bildirək ki, Küveytdən olan turistlər yay mövsümü ərzində Şahdağa gələn ərəb turistləri sırasında 4-cü yerdə qərarlaşmışdır.

picture-069

picture-118

 

Maraqlı ola bilər:

  • “The Spa” Pik Palace

    “Pik Palace” Şahdağ Hotelinin spa prosedurları regionun ən gözəl təb...

  • Buz meydançası

    “Şahdağ” Turizm Mərkəzindəki buz meydançasında ruhunuza tam sərbəstl...

  • “Fərəh” hamamı

    Dəriyə qulluq prosedurlarından sonra hamamda ənənəvi sabun masajını qəbul etmək ...

Hava

Bugün -

  • Çərşənbə axşamı

    0
  • Çərşənbə

    3

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6