Şahdağ

Xəbərlər

Şahdağ Özbəkistanda keçirilən seminarda iştirak edib.

“Şahdağ” Turizm Mərkəzi 12 – 17 oktyabrda Özbəkistanın paytaxtı Daşkəntdə keçirilən seminarda iştirak etmişdir.

“Şahdağ” Turizm Mərkəzinin infrastrukturunu, potensialını seminar iştirakçılarına təqdim etmək, eləcədə ölkənin turizm şirkətləri və mehmanxanaları ilə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədi ilə keçirilmiş görüşdə “Şahdağ” Turizm Mərkəzinin əməkdaşı Nəsimi Qarayev iştirakçılarla ikitərəfli danışıqlar aparmışdır.

Tədbirdə “Şahdağ” Turizm Mərkəzində mövcud hotellər, yay və qış əyləncələri, kanat yolları, spa mərkəzi, təqdim olunan xidmətlər və s. haqqında geniş məlumat verilmiş, nümayiş olunan təqdimat qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

Tədbirin sonunda seminarda iştirak edən şirkət rəhbərlərinə mərkəzin xidmətləri və mövcud infrastruktur barəsində reklam-çap məshulları paylanılmışdır.

Maraqlı ola bilər:

  • Üzə qulluq

    Üz prosedurları sizə çoxlu xoş anlar bəxş edəcək. Bu prosedurlardan sonra siz ra...

  • Macəra parkı

    Qoruyucu kəmərlərinizi taxın və yeni kəşflərə hazır olun. Bizim macəralar parkım...

  • VIP sahə

    Biz sizə xüsusi VIP zona təklif etməkdən məmnunluq duyuruq. Burada paltar dəyişm...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6