Şahdağ

Xəbərlər

“Şahdağ” Turizm Mərkəzi “ITB 2018” sərgisində

“Şahdağ” Turizm Mərkəzi 7-11 mart tarixlərində Almaniyanın paytaxtında təşkil olunan “ITB Berlin 2018” sərgsisində iştirak etmişdir.  Sərgidə “Şahdağ” Turizm Mərkəzi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə ayrılmış 94 kv.m-lik stenddə yer almışdır.

Sərginin ilk 3 günü peşəkar ziyarətçilərə açıq olmuş, turizm şirkətləri və tur operatorlarla görüşlər keçirilmişdir. Sərgidə “Şahdağ” Turizm Mərkəzinin turistik imkanları, potensialı və s. haqqında ətraflı məlumat verilmiş, Rusiya, Pakistan, BƏƏ, İsrail və s. kimi ölkələrdən olan nümayəndələrlə ikitərəfli görüşlər təşkil edilmişdir. Mərkəzi sərgidə İnvestisiya Layihələrinin İdarəedilməsi Departament müdiri İqor Şaulov  təmsil etmişdir.

Məlumat üçün bildirək ki, hər il keçirilən “ITB Berlin” sərgisi dünyanın ən böyük səyahət və ticarət sərgilərindən biri sayılır. Keçən il sərgiyə dünyanın 184 ölkəsindən 10 000-dən çox şirkət və təşkilat qatılmış, ümumilikdə isə sərgini  109 000 nəfəri peşəkar ziyarətçilər olmaqla 169 000-dən çox  ziyarətçi izləmişdir.

 

 

Maraqlı ola bilər:

  • “Ovdan” fit

    Strategically located next to the pool, Ovdan Gym is perfect for a complete work...

  • Seqvey

    Seqveylər iki təkərli, öz-özünü tənzimləyən, elektriklə işləyən nəqliyyat vasitə...

  • Ziplayn

    Şahdağın möhtəşəm mənzərəsi ilə yüksək adrenalin hissini niyə də birlikdə duymay...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6