Şahdağ

Xəbərlər

Qusar Peşə Liseyi şagirdləri üçün 2-ci master-klass layihəsi təşkil edilmişdir.

“Şahdağ” Turizm Mərkəzinin Qusar Peşə Liseyi ilə birlikdə həyata keçirdiyi “Mətbəx və qidalanma üzrə xidmət” layihəsi ikinci dəfə həyata keçirilərək 2018-ci ilin mart ayında başa çatmışdır. Layihə çərçivəsində peşə liseyinin 40 nəfər şagirdinə həftədə 2 dəfə olmaqla 3 saatlıq mətbəx və kulinariya mövzuları üzrə master-klass dərslər keçirilmişdır. İlk 10 dərs praktiki və nəzəri olmaqla Qusar Peşə Liseyində, sonrakı 2 dərs isə “Şahdağ Hotel və Spa”da təşkil olunmuş, kursun sonunda iştirakçılar imtahan vermiş, yüksək nəticə göstərən 24 şagird xüsusi sertifikatlarla təmin edilmişdirlər.

Layihə çərçivəsində mərkəzin “Mətbəx bölməsi” və “Qidalanma üzrə xidmət” şöbəsinin nümayəndələri tərəfindən yeməklərin hazırlanması, qonaqların qarşılanması və xidmət göstərilməsi, mətbəxdə qida təhlükəsizliyi və s. bu kimi məsələlər, ümumilikdə xidmət sahəsinin incəlikləri barəsində ətraflı məlumat veilmişdir. Layihənin bağlanış mərasimində şagirdlər mərkəzin ümumi fəaliyyəti, burada təqdim olunan xidmətlər və s. ilə yaxından tanış olmuşdurlar.

“Şahdağ” Turizm Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi peşə liseyinin şagirdlərinə mətbəx və kulinariya sahələri üzrə nəzəri və praktiki biliklərin ötürülməsi, ümumilikdə xidmət sahəsində çalışacaq gələcək peşəkar mütəxəssislərin hazırlanmasına dəstək verməkdir.

Qeyd edək ki, layihə artıq ikinci dəfədir təşkil olunur. İlk dəfə 2016-2017-ci il qış mövsümü üzrə keçirilən master-klasslarda da Qusar Peşə Liseyinin 40 nəfər şagirdi iştirak etmişdir.

Maraqlı ola bilər:

  • Tandem paraplan uçuşları

    Tandem paraplan uçuşları uçuşları 2 start nöqtəsindən həyata keçirilir. Birinci ...

  • At üstündə gəzinti

    Yaşından asılı olmayaraq hərkəs at üstündə Şahdağın gözəl təbiəti qoynunda, dağl...

  • Sevgililər gününə özəl təklif

    Şahdağdan “Sevgililər Günü”nə özəl xüsusi təklif!   14 – ...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6