Şahdağ

Xəbərlər

“Şahdağ” Turizm Mərkəzində qışın ən əyləncəli həftəsonu!

2018-ci il 18 fevral tarixində “Şahdağ” Turizm Mərkəzində son illərin və bu qışın ən əyləncəli və maraqlı yarışı təşkil olunacaqdır.

Artıq üçüncü dəfə keçiriləcək “Red Bull Shakh Carpet”, yəni “Xalçaların Şahı” adlanan müsabiqədə iştirakçılar 3-5 nəfərdən ibarət komandalar şəklində yarışaraq hündür  yamacdan sürüşərək, tramplin üzərindən qarın içərisində düzəldilmiş hovuza atlanırlar. Bunun üçün iştirakçılar kreativ kostyumlar geyinməli, komandaya maraqlı ad seçməli və mütləq xalça elementinin istifadə edildiyi bir hərəkət vasitəsi – konstrukisya düzətməlidirlər. Konstruksiyanın hazırlanmasında xizək, snoubord, kirşə və ya qar üzərində hərəkət üçün istənilən digər hərəkət vasitələrindən istifadə edilə bilər.

Komandalar maraqlı konsept, fəndin (tullanmanın) yerinə yetirilməsi, geyimlərin, ümumilikdə çıxışların kreativliyi  və tamaşaçı simpatiyası nəzərə alınaraq məşhur simalardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblərə hədiyyələr təqdim olunacaqdır.

Bir sözlə, tədbirdə iştirak edənlərin maraq, adrenalin və həyəcan dolu anlar yaşaması qaçılmazdır. Yarışda iştirak etmək istəyənlər arasından öz yaradıcı geyim və səhnəcikləri ilə fərqlənən 20 komanda artıq qeydiyyatdan keçmiş və bu adrenalin dolu dəqiqələri yaşamaq hüququ əldə etmişdir.

“Şahdağ” Turizm Mərkəzi hər il ənənəvi olaraq həyəcan və əyləncə sevənlər üçün bu qəbildən olan əyləncə proqramları təşkil edir. Xüsusilə gənclərin həvəs göstərdiyi bu cür tədbirlər əvvəlki illərdə də böyük marağa səbəb olmuşdur.

Maraqlı ola bilər:

  • Qarsıxıcı maşınlarda gəzinti

    Tam fərqli bir əyləncə istəyirsinizsə, bizim isti qar sıxıcı maşınlarımızdan bir...

  • Trottinetlər

    Müxtəlif bacarıq səviyyələrinə uyğun olaraq müvafiq gəzinti marşrutları mövcuddu...

  • Tibbi klinika

    “Şahdağ” Turizm Mərkəzində ən müasir avadanlıqlarla təchiz olunmuş tibbi klinika...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6