Şahdağ

Xəbərlər

“MİTT 2018” beynəlxalq turizm sərgisi

“Şahdağ” Turizm Mərkəzi Moskvada keçirilən “MİTT 2018” beynəlxalq turizm sərgisində iştirak etmişdir.

2018-ci ilin 14-16 mart tarixlərində  Rusiya Federasiyasının Moskva şəhərində “MİTT 2018” beynəlxalq turizm sərgisi keçirilmişdir. Sərgidə Azərbaycanın turizm potensialını özündə əks  etdirən stend hazırlanmış və sərgiyə gələn qonaqlara ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları paylanmışdır. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzi də bu il də ənənəyə sadiq qalaraq sərgidə iştirak etmişdir. Mərkəzi sərgidə İnvestisiya Layihələrinin İdarəedilməsi Departament müdiri İqor Şaulov  təmsil etmişdir. Tədbirdə iştirak edən qonaqlar mərkəzin hotelləri və xidmətləri barədə məlumatlandırılmışdırlar.

Qeyd edək ki, Azərbaycan  2002-ci ildən bəri bu sərgidə iştirak edir.

Maraqlı ola bilər:

  • Atıcılıq mərkəzi

    “Şahdağ” Turizm Mərkəzində istifadəyə verilən yeni Atıcılıq Mərkəzi ...

  • Shahdagdan Ramazan bayramina ozel xususi teklif

      Shahdagdan bayrama ozəl xususi teklif!   17 ve 18 iyun tarixlerinde ...

  • Trottinetlər

    Müxtəlif bacarıq səviyyələrinə uyğun olaraq müvafiq gəzinti marşrutları mövcuddu...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6