İctimaiyyətlə əlaqələr

Mətbuat üçün

Azərbaycanın ilk dağ xizək mərkəzi

 

“Şahdağ” Turizm Mərkəzi adını Azərbaycanın Rusiya ilə sərhədinə yaxın, Qusar rayonu ərazisində yerləşən Böyük Qafqaz dağ silsiləsinin zirvəsi olan Şahdağ zirvəsinin (dəniz səviyyəsindən 4243m hündürlükdə) adından götürmüşdür. “Şahdağ” Turizm Mərkəzi Bakıdan 212 km məsafədə yerləşir, Qusar rayonundan isə yeni salınmış Ləzə magistral yolu vasitəsilə çox qısa vaxta mərkəzə çatmaq mümkündür.

  • "Şahdağ Hotel & Spa"

    AZƏRBAYCANIN İLK MÜASİR DAĞ HOTELİ

    Beş ulduzlu “Şahdağ Hotel & Spa” zərif ehtişamı və yüksək qonaqpərvərlik nümunəsini özündə təcəssüm etdirir. Ən müasir interyer və yüksək keyfiyyətli rahatlıq təklif etməklə bizim geniş və gözəl otaqlarımızda xoş istirahət keçirmək mümkündür. Hoteldə 4 kateqoriya, həmçinin Superior, Junior Suite və Presidential Suite kateqoriyası daxil olmaqla 173 qonaq otağı təklif edilir. Hotel beynəlxalq dəbdəbə ilə yerli koloritin mükəmməl ahəngini təşkil edir.

  • "ZİRVƏ" HOTELİ

    LİFT BAZA

    Müasir, dörd ulduzlu zəriflik təklif edən “Zirvə” hoteli biznes və istirahət məqsədi ilə səyahət edənlər üçün yüksək standartlar təklif edir.
    Bizim rahat otaqlarımız son dərəcə dəqiqliklə düşünülmüş əlavə xidmətlər, o cümlədən istifadəsi rahat texnologiyalar ilə təchiz edilmişdir. Göstərdiyimiz diqqətli xidmət sizin rahatlığınızı təmin edir. Hotel 40 standart və 3 lüks otaqdan ibarətdir.

  • QAYA EVLƏRİ

    AİLƏVİ XİZƏKSÜRMƏ VƏ DAĞ HOTEL-EVİ

    “Gaya Residences” sizin rahatlığınız üçün 29 otaq təklif etməklə mükəmməl xidmət standartları ilə səmimi və rahat atmosferi özündə birləşdirir. Uzun müddət evdən kənarda qalıb, lakin evdəki rahatlığı axtaran qonaqlar üçün tam uyğun məkandır.

    Ailəniz ilə edəcəyiniz səyahətdə heç bir şey sizin rahatlığınızı pozmamalıdır. Məhz bu səbəbdən “Gaya Residences” ailələr üçün ideal məkandır, gəlin və “Şahdağ” Turizm Mərkəzindəki evinizdən - “Gaya Residence”dən zövq alın.

  • GƏNCLƏR MEHMANXANASI

    ŞAHDAĞDA SƏRFƏLİ İSTİRAHƏT İMKANI

    Qonaqlar "Gənclər mehmanxanası"nda öz ehtiyaclarına uyğun ən sərfəli qonaqlama (bir və ya iki nəfərlik) imkanından yararlana bilərlər, burada onların rahatlığı üçün hər cür şərait yaradılmışdır: mərkəzləşdirilmiş istilik və havalandırma sistemi, pulsuz internet, müasir hamam otağı və kabel televiziyası. "Gənclər mehmanxanası"nın yemək zalına tam təchiz edilmiş mətbəx və rahat şəkildə evin daxilində öz yeməklərini hazırlamaq istəyən ailələr və dostlar üçün gözəl dincəlmə sahəsi daxildir. Gündəlik idman məşqlərinizi davam etdirməyiniz üçün aşağı mərtəbədə ürək-damar sisteminə faydalı xüsusi trenajorlar və digər idman avadanlıqları ilə tam təchiz edilmiş idman zalı yerləşir. Lift bazasından qısa məsafədə yerləşən "Gənclər mehmanxanası" Turizm Mərkəzində ən ağıllı seçim imkanlarından biridir.

Maraqlı ola bilər:

  • Pik Palace Şahdağ Hotel

    Dağlarla əhatə olunmuş bir məkanda tədbir təşkil etmək haqqında fikirləşmisinizm...

  • Xəzinə

    “Şahdağ Hotel&Spa” hoteli   “Xəzinə” bar   “Xəzi...

  • Uşaqlar üçün möcüzəli istirahət

    Uşaqlar üçün masaj əyləncə və istirahətdən əlavə, sağlamlıq üçün də xüsusi əhəmi...

Hava

Bugün - Çərşənbə

17Leysan
  • Cümə axşamı

    20
  • Cümə

    25

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6