Şahdağ

Xəbərlər

Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev “Şahdağ” Turizm Mərkəzində hesabat xarakterli müşavirədə iştirak etmişdir

Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev dekabr ayının 13-də “Şahdağ” Turizm Mərkəzində hesabat xarakterli müşavirədə iştirak etmişdir. Mərkəzdə başa çatdırılan bəzi tikinti işləri, kanat yollarının texniki hazırlığı, birləşmiş istilik-elektrik mərkəzinin fəaliyyəti ilə tanış olduqdan sonra cənab nazirə mərkəzin müdiriyyəti və burada fəaliyyət göstərən hotellərin idarəçiliyini həyata keçirən şirkətin təmsilçiləri tərəfindən görülən və icrası planlaşdırılan işlərə dair hesabat məruzə edilmişdir.

Məlumat verilmişdir ki, qonaqların mükəmməl istirahətini təşkil etmək üçün 2016-cı il ərzində həm texniki, həm də xidmət sahəsində çalışan işçilərə 200-dən çox təlim təşkil olunmuşdur. Məhz bunun göstəricisidir ki, dünya üzrə hotellərin reytinqini təşkil edən www.booking.com saytının qiymətləndirilməsinə əsasən “Şahdağ Hotel və Spa” 9.0 bal alaraq, Azərbaycan üzrə 3-cü, şimal regionunda isə birinci yeri tutmuşdur.

Əbülfəs Qarayev eyni zamanda mərkəzin baş layihəçisi, eləcə də yerli və xarici podratçı təşkilatların rəhbərləri, Fövqaladə Hallar Nazirliyinin nümayəndələri ilə işlərin gedişini ətraflı müzakirə etmiş, müəyyən çatışmazlıqların aradan qaldırılması üçün tövsiyə və tapşırıqlar vermişdir.

Görüş zamanı Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində bu il qış mövsümü üçün hazırlıq işlərinin başa çatdırıldığı, eləcə də  yeni mövsümdə planlaşdırılan tədbirlər barədə nazirə geniş məlumat verilmişdir.

Bundan əlavə, Qusar rayon bələdiyyə rəhbərləri, icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə görüş də təşkil olunmuşdur ki, burada Nazirlər Kabinetinin 01 avqust 2016-cı il tarixli qərarına əsasən yaradılmış Qusar Turizm və Rekreasiya Zonası haqqında informasiya verilmiş və bildirilmişdir ki, zonanın yaradılmasının əsas məqsədi regionun vahid turizm idarəetməsinə nail olmaqdır. Sözügedən zonanın idarəçiliyi Qusar Turizm və Rekreasiya Zonası Şurasına həvalə olunmuşdur ki, “Şahdağ Turizm Mərkəzi” QSC-nin sədri Rüstəm Nəcəfov eyni zamanda şuranın sədri təyin edilmişdir. Görüş zamanı məlumat verildi ki, yaradılacaq turizm və rekreasiya zonasına dair məlumatların toplanması və tövsiyələrin təqdim edilməsi, bunların əsasında isə baş planın hazırlanması nəzərdə tutulur. Burada inventarlaşdırma, elektron bazanın yaradılması, tarixi –mədəniyyət abidələrinin turizm obyektləri kimi təqdim olunması, rəqabətqabiliyyətli kadr hazırlığının təşkili, turistik marşrut xəritələrinin hazırlanması, xalq sənəti istehsalının inkişafı, xidmət səviyyəsinin yüksəldilməsi və s. bu kimi məsələlər vurğulanmış, bu cür turistik zonaların yaradılmasında beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi qeyd olunmuşdur.

dsc_9051

dsc_8911

dsc_8623

 

Maraqlı ola bilər:

  • Dağ velosipedi

    Hər bir velosipedçiyə uyğun olan, müxtəlif çətinlik səviyyələri üzrə ətraf ərazi...

  • Alpina Brasserie və Wine Bar

    “Pik Palace Şahdağ” hoteli   “Alpina Brasserie və Wine Ba...

  • Haqqımızda

    ...

Hava

Bugün - Çərşənbə

0Qarlı leysan
  • Cümə axşamı

    -3
  • Cümə

    3

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6