Şahdağ

News

İtaliyadan olan turoperatorlar və yerli turizm şirkətləri arasında görüş keçirilmişdir.

2017-ci il oktyabrın 20-si Milli Turizm Təbliğat Bürosu tərəfindən İtaliyanın turoperatorları və yerli turizm agentlikləri arasında ümumi tanışlıq, ölkələr arasında turist axınının artırması, qarşılıqlı təcrübənin bölüşülməsi və əməkdaşlığın qurulması məqsədilə info-tur keçirilmişdir.

Turizm şirkətləri arasında keçirilən görüşə “Şahdağ” Turizm Mərkəzi də dəvət almışdır. İki saat davam edən görüş “JW Abşeron Marriott Hoteli”nin konfrans zallarının birində baş tutmuşdur. Görüşdə İtaliyalı yeni tərəfdaşlara yerli turizm şirkətlərinin təqdimatları keçirilmişdir. Bu təqdimalar sırasında “Şahdağ” Turizm Mərkəzinin də mövcüd infrastrukturu, “Zirvə”, “Şahdağ Hotel və Spa” və “Gaya Residences” hotelləri, spa xidmətləri və mövsüm boyu olan əyləncələr barəsində İtaliyalı qonaqlara ətraflı məlumat verilmişdir.

Tədbirdə Azərbaycanın turizm imkanları təqdim edilib, Milli Turizm Təbliğat Bürosu tərəfindən görülən işlər haqqında məlumat verilmişdir. Turizm sahəsində əməkdaşlığın potensialı haqqında müzakirələr aparılıb.

Tədbirin yekununda 22 şirkət arasında ilkin anlaşmalar əldə olunub, gələcək əməkdaşlığın istiqamətləri müəyyən edilmişdir.

Maraqlı ola bilər:

  • Kvadrosikl turları

    Kvadrosiklərdə hərkəs həyəcan dolu gəzintidən həzz alacaqlar.   Qısa təlima...

  • Uşaqlar üçün kirşələr

    Xüsusilə balaca macəraçılar üçün   Əgər siz artıq dörd yaşından böyüksünüzs...

  • Tibbi klinika

    “Şahdağ” Turizm Mərkəzində ən müasir avadanlıqlarla təchiz olunmuş tibbi klinika...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6