Haqqımızda

Şahdağ

Əsrlər boyu Azərbaycanın şimal-şərq hissəsi Avropa və Yaxın Şərq arasında qapı funksiyasını yerinə yetirib.

Burada – möhtəşəm Qafqaz Dağlarının kölgəsində kəşf edilməmiş gözəlliklər gizlənir.

Qədim buzlaqlar, dərin dərələr, heyrətamiz dağ gölləri və kanyonlar, bitki və heyvanlar aləminin ekoloji  xəzinəsi… Bu, bütün cəh-cəlalı ilə Şahdağdır!

İl boyu idmanla məşğul olmaq və istirahət etmək üçün çox əlverişli iqlimi olan Şahdağın -20°C soyuq qışı +20°C isti yay axşamları ilə əvəzlənir.

Bu müqayisə olunmaz məkanda regionun ən böyük xizək kurortu, dünyanın isə ən böyük milli parklarından biri yerləşir.

Heyrətamiz dərəcədə gözəl, sanki zamandan gizlədilmiş cənnət olan Şahdağ insanlara unudulmayacaq təəssüratlar bağışlayır.

Dağ Silsilələri

Böyük Qafqaz dağ silsiləsinin zirvələrindən biri sayılan Şahdağ dağı Rusiya ilə sərhədə yaxın olan Qusar rayonu ərazisində yerləşir.

Şahdağ zirvəsinin hündürlüyü dəniz səviyyəsindən 4,243 m-dir.

Zirvə ilk dəfə 1892-ci ildə rus alpinist  və topoqrafı  Andrey Pastuxov tərəfindən fəth olunmuşdur.

Burada 9000 il əvvəl yaşayış olduğunu sübut edən qədim insan məskənləri tapılmışdır.

 

 

Maraqlı ola bilər:

  • Bali masajı

    Dərin rahatlıq hissi bəxş edən Şərq masaj terapiyasının məşhur növü olan Bali ma...

  • Zirvə Hotel

    Konfrans zalları   “Zirvə” hoteli təbii gün işığı və ən müasir ...

  • VIP sahə

    Biz sizə xüsusi VIP zona təklif etməkdən məmnunluq duyuruq. Burada paltar dəyişm...

Hava

Bugün - Bazar

15Qismən buludlu
  • Bazar ertəsi

    5
  • Çərşənbə axşamı

    0

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6