Şahdağ

TƏDBİRLƏR

Şahdağda “Urban Festivalı” – 3 Sentyabr!

3 sentyabr tarixində saat 13:00-da “Şahdağ” Turizm Mərkəzi və Red Bull-un təşkilatçılığı ilə “URBAN FESTİVAL” adlı tədbir keçiriləcək. Bu möhtəşəm festivala qatılmaq və qızmar yay günlərini sərin dağ ətəklərində dincələrək keçirmək istəyirsinizsə, bu tam sizə görə bir təklifdir. Özünü gənc hesab edən hər kəs bu fürsəti əldən qaçırmamalıdır.

Festivalda skeytbordçular, dağ velosipçiləri komandası, qraffiti rəssamları, bitbokserlər və kreativ rəqqaslar iştirak edəcək. Skeytbordçular, dağ velosipedçiləri və sonda rəqqaslar arasında “All For One” adlı rəqs yarışması keçiriləcək. Birinci yerin sahiblərinə “Red Bull” və “Şahdağ” Turizm Mərkəzi tərəfindən hədiyyələr veriləcək. Proqrama əsasən:

– İlk olaraq skeytbordçular arasında müsabiqə keçiriləcəkdir. Qaliblər müəyyən olunduqdan sonra növbəti yarışa keçid olunacaqdır.

– Dağ velosipedçilərindən ibarət 20-25 velosipedçi xüsusi qazılmış velo cığırlarda yarışacaqlar. Finiş nöqtəsinə ilk çatan iştirakçı qalib olacaq.

– Və sonda “Zirvə” hotelinin qarşısında möhtəşəm “All For One” kreativ rəqs yarışması keçiriləcək. DJ KİLLAJAZ və DJ TWIST-in trekləri altında bir-birindən kreativ gənclər qalib gəlmək uğrunda mübarizə aparacaqlar. Hərəkətlərinin orijinallığı ilə seçilən və musiqiyə uyğun rəqs edən yarışmaçılar təyin olunmuş münsiflər heyəti tərəfindən qiymətləndiriləcəklər. Sonda finalçılar müəyyənləşəcək və tamaşaçı simpatiyası və münsiflər heyətinin səsverməsi ilə qalib seçiləcəkdir.

İlk yarışmadan son yarışmayadək paralel şəkildə qraffiti rəssamları bitbokserlərin performansı ilə eyni zamanda Şahdağın peyzajını özündə əks etdirən rəsm əsərləri yaradacaqlar. Artıq sayca 2-ci dəfə olaraq qraffiti şəhər mühitindən kənara çıxaraq Şahdağa gəlir. “Urban Art Azərbaijan”dan növbəti dəfə rəsm əsərinin necə yaradılmasını müşahidə etmək, bu haqda istənilən suala cavab almaq və ya sadəcə olaraq bu prosesdən həzz almaq şansı verəcəkdir!

Yuxarda qeyd olunan yarışlara canlı baxmaq və həftə sonunu Şahdağda keçirtmək etmək arzusunda olan hər kəs rəydə adını yazaraq qeydiyyatdan keçə bilər. Yaşından asılı olamayaraq hərkəsin bu həyəcanı dadmaq şansı vardır. Bu, çox rahat, eyni zamanda sərfəlidir. Avtobuslar sizi “Gənclik” metrostansiyasının çıxışında saat 09:00-da gözləyəcək. Bakı – Şahdağ – Bakı marşurutu üzrə transport xidməti: 14 AZN. Yaş məhdudiyyəti yoxdur.

Ətraflı məlumat üçün FB səhifəmizə nəzər salın.

Əlaqə nömrələri: (+99412) 310 11 10| mob: 1110

Email: info@shahdag.az

Maraqlı ola bilər:

  • “Şahdağ” Turizm Mərkəzindən bu yayın ən sərfəli təklifi!

    “Şahdağ” Turizm Mərkəzindən bu yayın ən sərfəli təklifi!   Sadəcə 119 AZN!!...

  • “The Spa” Park Chalet

    Lüksun dəbdəbəli dünyasına, sakitlik və hüzur aləminə addım atmaq istəyirsinizsə...

  • Seqvey

    Seqveylər iki təkərli, öz-özünü tənzimləyən, elektriklə işləyən nəqliyyat vasitə...

Veb-kameralar

  • Veb-kamera 1

  • Veb-kamera 2

  • Veb-kamera 3

  • Veb-kamera 4

  • Veb-kamera 5

  • Veb-kamera 6